Yuxarı

Koronadan sağalanlar 14 gündən sonra test verməlidir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronadan sağalanlar 14 gündən sonra test verməlidir?

Özündə narahatlıq hiss edən vətəndaş dərhal həkimə müraciət etməlidir.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova yaxmaların götürülməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, COVID-19 infeksiyası ilə əlaqədar poliklinikalar tərəfindən yaxmaların götürülməsi aşağıdakı qaydada həyata keçirilir:

"Vətəndaş özündə hər hansı bir narahatlıq hiss edərsə, dərhal sahə həkimi və ya 814 çağrı mərkəzinə müraciət etməlidir. Sahə həkimi vətəndaşda COVID-19-a şübhə aşkarlayarsa, məlumatlar təhkim olunduqları məntəqəyə göndərilir. Məntəqə işçiləri tərəfindən ev şəraitində yaxma götürülür. Məntəqələr tərəfindən yaxmalar hər gün səhər saat 08:00-dan 15:00-a qədər götürülür. 15:00-dan 18:00-a qədər isə nəticəsi pozitiv çıxmış xəstələrə vitamin komplekslərinin paylanması məntəqə işçiləri tərəfindən icra edilir".

N.Daşdəmirovanın sözlərinə görə, sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir:

"Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyildir".

İşçi qrupunun üzvü koronavirusa yoluxan xəstənin 14 gündən sonra test verməsi ilə bağlı müraciətlərinə də münasibət bildirib:

"Bəzi vətəndaşlar evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb edirlər. Nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətandaş tam sağalmış hesab olunur. Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur. Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər".

Tarix
2020.12.22 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla