Yuxarı

Antivaksin kampaniyasına qarşı çıxmalıyıq - Professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antivaksin kampaniyasına qarşı çıxmalıyıq - Professor

Yoluxma sayında azalma və karantin rejiminin yumşaldılması cəmiyyətdə arxayınlıq yaratmamalıdır. COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər real nəticə verir. Bu nəticəni qorumaq lazımdır.

Bu sözləri Axar.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, COVİD-19 pandemiyası ilə mübarizə dünyada uzun müddətdən bəri ilk təcrübə idi:

“Bu mənada ilk zamanlar görülən tədbirlərdə xeyli yanlışlıqlar oldu. Məsələn, ABŞ kimi bir ölkə pandemiyanı lokallaşadıra bilmədi. Halbuki ABŞ-ın səhiyyə büdcəsi Avropanın bir neçə ölkəsinin dövlət büdcəsindən çoxdur.

Bizdə də təbii olaraq müəyyən yanlışlıqlar oldu. Bu ilk təcrübə idi. Vəziyyətin spesifik olmasının səbəbi Vətən müharibəsinin başlaması və bütün diqqətin ona yönəlməsi idi. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, vaksinasiyanı effektiv apara bilsək, kollektiv immunitetə gedən yolu daha qısa şəkildə qət etmək imkanındayıq. Azərbaycanda peyvəndlənmə dünyanın aparıcı ölkələri ilə demək olar ki, eyni vaxtda başladı. Əksər ölkələrdə peyvəndlənmə ya Azərbaycandan sonra başlayıb, ya hələ də başlamayıb.

Hazırda yoluxma sayında müşahidə olunan azalma şəhərlərarası gediş-gəlişə tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasına, məktəblərin, iaşə obyektlərinin və s. fəaliyyətinin bərpa edilməsinə şərait yaradıb. Lakin bundan əvvəl iki dəfə yumşalma dövründə yoluxma sayının kəskin artımı müşahidə olunub ki, bu də əlavə məhdudlaşdırıcı tədbirlərinin bərpasını zəruri edib.

Vaksinasiya pandemiyanın bitməsi demək deyil, amma pandemiya yolunu qısaltmaq üçün çox böyük addımdır. Vaksinasiyaya hamı isti yanaşmalı və antivaksin kampaniyasına qarşı çıxmalıdır”.

Tarix
2021.02.03 / 09:48
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla