Yuxarı

Türkiyədə xərçəngin uğurlu müalicəsi: nələr edirlər?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Haberal Türkiyənin məşhur Başkənd Universitetinin rektoru, professor, həm də qadın xəstəlikləri və doğum uzmanıdır, Başkənd Universitet Xəstəxanasında çalışır.

27 illik tarixi olan bir universiteti idarə etmək, onu Avropa və Amerika səviyyəsində inkişaf etdirmək yolunda universitetin qurucusu Mehmet Haberalla çiyin-çiyinə çalışıb.

Axar.az Medicina.az-a istinadla Əli Haberalla müsahibəni təqdim edir:

- Əli doktor, Başkənd Universiteti və xəstəxanası bu gün tibb sahəsində hansı yenilikləri edir? Həm Türkiyə, həm əcnəbi pasiyentlərin gözləntilərini doğrulda bilirmi?

- Başkənd Universitetinin tarixi 14 sentyabr 1993-cü ildən başlayır. Bu gün Türkiyəninin 6 regionunda 10 xəstəxanamız var. Ən böyük xəstəxanalarımız Adana və bu gördüyünüz Ankara xəstəxanasıdır. Başkənd Universitetinin 10 min işçi heyəti, 1600 akademik kadrımız var. Universitetin 12 fakültəsi fəaliyyət göstərir. Bunların da başında ən əsas tibb fakültəsi, diş həkimliyi, sağlıq elmləri və yeni açılan əczaxana fakültəsi gəlir. Bir sözlə, müasir bir xəstəxananın işləyə bilməsi üçün bütün personalı Başkənd Universiteti yetişdirir. Digər üstünlüyü xəstəxanalarında təcrübə imkanlarının olmasıdır. Bizdə dünyada mövcud olan bütün tibbi və cərrahi əməliyyatlar həyata keçirilir. Son illərdə bütün dünya tibbində xərçəng xəstəliyinin müalicəsi özəl yer tutur. Təəssüf ki, xərçəng xəstələrinin sayı müxtəlif səbəblərdən artır. Başkənd Universiteti xəstəxanasında ən yeni yollar sınanır. Əməliyyat, kimya, şüa terapiyası aparılır. Bu müalicələrdə texnoloji baxımdan böyük dəyişikliklər var. Biz yeni cihazlar çıxan kimi maraqlanır, alırıq və burda tətbiq edirik. Bir il öncəyə qədər radioterapiyada şişə şüa ilə təsir etdikdə ətraf sağlam toxuma və hüceyrələrə də zərər verilirdi.

Başkənd Universitetində ətraf toxumaya yox, sadəcə şişə təsir edən cihaz var. Ən son model MR LİNAK cihazında kimyatrerapiya müddəti 15-20 gün yox, 3-5 gün çəkir. Bu da xəstəyə az zərər verir. Uğurlu müalicə şansı çox yüksəkdir. Bir digər özəlliyi odur ki, şişin yerləşdiyi yer çətin və əlçatmaz olduqda, asanlıqla şüanı ora yönəldə bilir. Bu cihaz həm diaqnoz, həm də müalicə üçün uyğundur, ikisi bir aradadır.

Bir il ərzində ən müxtəlif və çətin xərçəng tiplərində çalışdıq, aldığımız nəticələr çox gözəldir, xəstələr də məmnundur. Bu müalicələrdən həm Türkiyədəki, həm də qonşu qardaş ölkələrimiz, başda Azərbaycan, eləcə də Avropa ölkələrindən bütün xəstələr faydalana bilər.

Biz Başkənd Universiteti olaraq sadəcə, xərçəng ilə məşğul olmuruq. Əsas hədəfimiz bu deyil. Bildiyiniz kimi, bizim üstün olduğumuz daha bir sahə orqan nəqlidir. Bu coğrafiyada və Türkiyədə orqan transplantasiyası bizim hocamız, Başkəndin qurucusu Mehmet Haberal tərəfindən gerçəkləşib.

Bu dövrdə hocanın qurduğu dərnəklər, birliklər var. Bu dərnəklər vasitəsilə türk dövlətləri, Orta Asiya və Azərbaycandan həm xəstələrin müalicəsi, həm ölkələrdə əməliyyat, həm də təhsil və təcrübələri təşkil edilir. Başkənd Universitetinin Azərbaycanla olan münasibətləri çox illər əvvələ gedib çatır. Orada bizimlə bərabər Hikmət İsmayılov və professor Nuru Bayramov var.

- İndi xəstəxanaların sayı gündən-günə artır. Bugünkü pasiyentlər bir xəstəxanadan, həkimdən, yəni sizlərdən nə tələb edir: ucuz müalicəmi axtarır, ya baha da olsa, dəqiq müayinə və müalicə?

- Sağlamlıq hər şeydən üstündür, sağlıq yoxsa, dünya sizin olsa da, bir dəyəri yox. Amma sağlıq xidməti göstərən qurumların da üzərinə önəmli iş düşür. Burda birinci doğru müayinə müalicə, sonra da bunun uyğun maliyyətinin olmasıdır. Amma bilməliyik ki, sağlıq xidməti çox bahalıdır. Burda ucuz xidmət demək olar, mümkün deyil. Amma bir çox ölkələrdə və bizdə - Türkiyədə bütün vətəndaşlar Sosial Güvənlik qurumunda (tibbi sığorta kimi – red.) dövlətdən müəyyən miqdar sağlıq xidməti alırlar.

Dövlət xəstəxanaları, dövlətə aid universitet xəstəxanalarında bu sığorta keçərlidir. Bir də var bizim kimi vəqf xəstəxanaları və özəl klinikalar. Buralarda fərqli qiymətlər ola bilər. Çünki hər xəstəxananın özünə görə qanunu, xərci, şərtləri var. Başkənd Xəstəxanası bir vəqf universitetidir, ticari qurum deyil. Təbii ki, bizdə tibbi xidmətlər üçün müəyyən bir qiymət siyasəti yürüdülür. Amma burdakı qiymətlər bəzi özəl xəstəxanalardan fərqli ola bilər.

Dövlətin verdiyi “Sağlıq uyğulama” kitabçasında tibbi xidmətlərə görə qiymətləndirmə cədvəli var. Orda qiymətlər qeyd edilib. Amma bizim kimi xəstəxanalarda bu məbləğlər, xərclər dediyim kimi, müasir cihazlar, yöntəmlər baxımından yetərli olmaya bilər. O zaman müalicə və ya əməliyyatda dövlətin vətəndaşa ayıra biləcəyi məbləğdən əlavə yaranan fərqi vətəndaş özü ödəyir və müalicəsini burda alır.

Buna fərq ücrəti deyilir. Bizim qiymət sistemimiz budur.

- Xəstəxananızın uğuru daha çox nədən asılıdır: müasir cihazlardan və ya həkimlərinizdən? Başkənd Universitet Xəstəxanasında həkimləri necə seçirsiz?

- Həkimlərin xəstəxanamızda çalışması üçün dəyərləndirilməsi aparılır. Hər həkim bizim xəstəxanada işləyə bilməz. Həkimin aldığı təhsili, sertifikasiyası, təcrübəsi yoxlanılır. Bizim yetişdirdiyimiz həkimlər də var. Azərbaycandan bura tibb təhsili üçün gələnlər və uzmanlıq keçənlər var. Burada azərbaycanlı həkimlərin sayı az deyil. Onlar burda yetişir, sonra ölkələrinə qayıdıb, xalqına xidmət edir. Bakıda ginekoloji sahədə yetişib, doktor olub, indi burda çalışanlar var. Sonra sahələri üzrə müəyyən imtahanlardan keçir, dosent, professora kimi yüksəlirlər. Bütün doktorlarımızdan, tibbi heyətimizdən razıyam. Bizimlə çalışanlar 24 saat burda olmaq, çalışmaq qanununa tabe olanlardır. Bizdə səhər gəldim, saat 5-6 da gedim - elə bir şey yoxdur. İşi nə zaman bitərsə, o zaman gedir. Xəstələr də çox olduğu üçün burda da iş bitmir. Zatən gözü saatında olan həkimin də burda yeri yoxdur. Saatı unutmalıdır.

- MR Limak cihazı kimi yeni, dünyada nadir cihazlardan, metodlardan hansı yaxın gələcəkdə Başkənd Xəstəxanasına gətiriləcək? Yeni planlarınız nələrdir?

- Metod və texnikalar hər il dəyişir. İndi robotik cərrahiyyə var. Kişilərdə prostat xərçəngin müalicəsi üçün yeni bir texniki cihaz var, o gələcək. Əməliyyatxanalar üçün naviqasiya sistemi cihazları alırıq. Məsələn, beyində bir şiş var, cihaz cərrahın bıçağını birbaşa o nöqtəyə aparır. Dünyada tibbdə hər hansı texnoloji yenilik olan kimi Türkiyəyə və Başkəndə gətirilir. Hədəfimiz də budur ki, birinci Başkəndə gətirək, insanlarımız başqa ölkələrə getməsin. Universitetdə Yapay Zəka – Süni intellekt mərkəzi qurulur, bununla bağlı işlər yekunlaşır. Bütün dünyada elmi tərəqqi Süni intellekt üzərindən gedir. Bu sahədə bir-iki yeni laboratoriya hazırlayırıq. 3D kompüter sisteminə doğru gedirik. Bizdə orqan modelləşdirilməsinə başlayacağıq: sümük, dəri, qaraciyər və s.

- Professor, qeyd etdiniz ki, dünyada da, Türkiyədə, elə bizdə də hər il xərçəng xəstələrinin sayı artır. Bir doktor olaraq bu xəstəliyin yaranmasının əsas səbəblərini nədə görürsüz? Zərərli qidalanma təsir edirmi?

- İnsan bədəni yaşlandıqca bir sıra xəstəliklər, problemlər başlayır. Xərçəngin yaranma faktorları: birincisi stress, ikincisi ətraf mühit – çirkli hava, su, qidalanma və s. Xüsusilə süni, hormonlu qidalar, gübrələr, müasir texnoloji yeniliklər, genetik faktorlar. Bunların hamısı bir araya təsir edəndə zamanla şişlər, xərçəng yaranır. Amma bu faktorlar həmişə olacaq. Bunun üçün nə etməliyik: erkən diaqnoz proqramları olmalıdır. Kişilərdə və qadınlarda dünya üzrə ən çox rastlanan bəzi xərçəng növlərini çox erkən aşkarlamaq üçün ümumölkə səviyyəsində oxuma - tarama proqramlarının aparılması lazımdır. Türkiyədə də bu proqramlar artırılır və işlər sürətləndirilir.

Tarix
2021.03.06 / 13:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla