Yuxarı

60 minlik ordu sərhəddə - Müdafiə naziri vaxt verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
60 minlik ordu sərhəddə - Müdafiə naziri vaxt verdi

NATO şərq cinahında əhəmiyyətli hərbi varlığını saxlayır.

Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belousov deyib.

“Alyans blokun şərq cinahında əhəmiyyətli irəli hərbi mövcudluğunu saxlayır, Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığı və kəşfiyyat fəaliyyətini gücləndirib”, - müdafiə naziri bildirib.

Belousov qeyd edib ki, alyansın şərq cinahında keçirilən təlimlərdə NATO qüvvələrinin ümumi sayı təxminən 60 min hərbçi təşkil edib.

“Qlobal təhlükəsizlik arxitekturası pisləşməkdə davam edir. Qərbin dağıdıcı fəaliyyəti nəticəsində nüvə silahına malik dövlətlər arasında konstruktiv dialoqun əsasları sarsılıb”, - Rusiya müdafiə naziri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin əməl etməsi şərti ilə Rusiya bir il ərzində Strateji Silahların Azaldılması Müqaviləsinin mərkəzi bəndlərinə əməl edəcək:

“Strateji Silahların Azaldılması Müqaviləsi 2026-cı il fevralın 5-də başa çatır. Nüvə arsenallarının nəzarətsiz artımının qarşısını almaq üçün Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Birləşmiş Ştatların riayət etməsi şərti ilə START müqaviləsinin mərkəzi bəndlərinə bir il ərzində riayət etməyə hazırdır”.

Tarix
2025.10.15 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi

"Lukoyl"a şad xəbər: Bakı layihələri sanksiyaya düşmədi

Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı

Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü

İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı

Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova

Müsəlman ölkələr toqquşdu: Tramp barışdıracaqmı?

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşdü

Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto

Putini danışıqlara cəlb etməliyik - Rutte

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla