Yuxarı

Qida əlavələrinin həddindən çox qəbulu... - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qida əlavələrinin həddindən çox qəbulu... - Xəbərdarlıq

Yeni növ koronavirusla (COVİD-19) mübarizədə ən əsas məsələlərdən biri də immun sisteminin möhkəmləndirilməsidir. Bu baxımdan qida rasionuna vitamin və minerallarla zəngin qidaların daxil edilməsi vacibdir. Son zamanlar bioloji fəallığa malik qida əlavələrindən də çox istifadə olunur. Mütəxəssislər isə bildirirlər ki, bəzən kapsul, həb, toz, sirop və digər formada hazırlanmış həmin məhsulları dərman preparatları ilə eyniləşdirirlər.

Axar.az xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova Azərtac-a deyib:

“Qida əlavələri dərman vasitəsi sayılmır, lakin onların tərkibi qida məhsullarının tərkibinə yaxın olması və orqanizmin zəruri tələbatlarını ödəməsinə baxmayaraq, heç bir halda normal qidalanmanı əvəz etmir. Qida əlavələri müəyyən bir normada qəbul edilməlidir, çünki onların səmərəsi yalnız müəyyən edilmiş normada özünü göstərir”.

Qida əlavələri reseptsiz satılır. Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Həmin əlavələr üzərindəki təlimatlarla tanış olduqdan sonra istifadə edilməlidir.

Həkimlərin dediyinə görə, insanlar bəzən immun sistemini və ya dolayısı ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığını düşünərək zərurət olmadığı təqdirdə qida əlavələri qəbul edirlər. Həmin məhsuldan düzgün istifadə edilmədikdə orqanizmdə ciddi fəsadlar yarada bilər: “Onun həddindən çox qəbul edilməsi orqanizmdə geridönməz proseslər əmələ gətirir. Həmçinin qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri və zamanla bağırsaq xəstəliyindən əziyyət çəkməyə səbəb olur”,- deyə həkim-terapevt bildirib.

Orqanizmin bütün qidalandırıcı komponentlərlə təmin edilməsində ən ideal vasitə düzgün qidalanmaqdır. Unutmaq lazım deyil ki, qida əlavələri heç də həmişə təhlükəsiz və sağlam qidalanmanın tələblərinə cavab vermir. Ona görə də mütəxəssislər mümkün qədər vitamin, mineral və digər komponentləri gündəlik qidalardan almağı tövsiyə edirlər.

Tarix
2021.03.13 / 01:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla