Yuxarı

Yeni təhlükə: Vaksinlə problem həll olunmur, sərtləşmə... - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni təhlükə: Vaksinlə problem həll olunmur, sərtləşmə... - Video

Bu gün bütün dünyada koronavirusa yoluxmada artım dinamikası müşahidə edilir. Yəni artım tendensiyası bütün Avropa ölkələrində müşahidə olunur. Düzdür, hazırda Böyük Britaniyada çox sərt karantin rejimi hökm sürür. Bəzi şəhərlərə giriş-çıxış qadağan olunub. Baxmayaraq ki, orada 20 milyon insan vaksinasiya olunub, lakin karantin rejimi davam edir. Ona görə də Azərbaycanda da yoluxma sayında artım bu templə davam etsə, epidemioloji vəziyyət pisləşsə təbii ki, karantin qaydaları sərtləşdiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Report-a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

“İkinci dalğada ölkədəki vəziyyətə nəzər salsaq görərik ki, insanlar necə çətinliklərlə üz-üzə qaldı. Xəstəxanalarda yer tapılmadı, dərmanların qiyməti süni şəkildə artırıldı, ajiotaj yarandı, xeyli sayda xəstə dünyasını dəyişdi. Bu taleyi yenidən yaşamamaq üçün tələb olunan qaydalara ciddi əməl etmək lazımdır. Bu qaydalar əsasən qapalı mühitdə, qonaq gedəndə, növbə olan yerlərdə, ictimai iaşə müəssisələrində gözlənilməlidir. Eləcə də ictimai nəqliyyatda qayda-qanun yaradılmalı və onun yükü azaldılmalıdır. Çünki yoluxmanın əsas mənbələrindən biri də məhz ictimai nəqliyyatdır”, - deyə mütəxəssis bildirib.

Adil Qeybulla hesab edir ki, yeni ştammın ölkədə olma ehtimalı var:

“Bəzi mənbələr də bunu təsdiq edir. Qloballaşan dünyada yaşadığımızdan yeni ştammın sürətli yayılmasını nəzərə alaraq onun Azərbaycana gəlməsi realdır. Təəssüf ki, ikinci dalğadan sonra insanlarda arxayınçılıq meylləri hiss olunur. Vaksin olunan şəxslər bilməlidir ki, peyvənd vurdurduqdan sonra ən azı ay yarım vaxt keçməlidir ki, bədəndə immunitet yaransın. Vaksin olunmaqla problem həll olunmur və bunu mütləq nəzərə almaq lazımdır”.

Qeyd edək ki, son günlər ölkədə COVID-19-a yoluxma hallarında sürətli artım müşahidə olunur. Ötən gün 840 yoluxma aktı qeydə alınıb. Bu günə qədər virusdan ölüm hallarının sayı 3 307 təşkil edib. Ümumilikdə isə 242 291 nəfər virusa yoluxub.

Tarix
2021.03.18 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla