Yuxarı

İnsanlar Britaniya ştammını necə aşkarlaya bilər? – Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanlar Britaniya ştammını necə aşkarlaya bilər? – Açıqlama

Qonşu ölkələrə çatdığı üçün bizdə də koronavirusun Britaniya ştammının qeydə alınması ehtimalı var.

Bunu Axar.az-a ölkəmizdə Britaniya ştammının olması barədə yayılan iddialara cavab verən tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. O bildirib ki, bu günədək Britaniya ştammı qeydə alınan xəstələr arasında ölüm sayında ciddi dəyişikliklər olmayıb:

“Bu, aidiyyəti qurumlar tərəfindən təsdiqlənməsə də, əhali arasında ajiotaja səbəb olub. Lakin qeyd edim ki, iki ay əvvəl Britaniyada qeydə alınan bu virusdan sonra ölüm hallarında ciddi dəyişiklik olmadı. Bu ölkədə qorxulu nəticə olmadısa, deməli, qorxmağa ehtiyac yoxdur. Bu ştammın yalnız sürətlə yayıldığı bildirilir”.

V.Cavadzadə onu da deyib ki, virusa yoluxan şəxslərin özü onun Britaniya ştammı olub-olmamasını müəyyənləşdirə bilməzlər:

“Koronaviruslu xəstələr özləri hiss edə bilməz ki, bu, Britaniya ştammıdır, yoxsa yox. Bu ştammın ayrıca klinik xüsusiyyətləri yoxdur. Adi koronavirusla bütün əlamətləri və müalicəsi eynidir. Onu yalnız PCR diaqnostikasında aşkarlamaq mümkündür”.

Tarix
2021.03.18 / 12:08
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla