Yuxarı

Rəsmi: 3 gün sonra bütün respublikada...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi: 3 gün sonra bütün respublikada...

Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.

Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.

V.Qurbanov qeyd edib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində aparılan hazırlıq işləri çərçivəsində tibb müəssisəsində qeydiyyat sisteminin qurulması, icbari tibbi xidmətin strukturuna uyğun olaraq xəstəxanalarda yerdəyişmələrin edilməsi, yəni poliklinika-ambulator xidmətlərin tibb müəssisələrinin birinci mərtəbəsində, stasionar şöbələrdə poliklinika-ambulator xidmətlərin verilməməsi kimi tədbirlər həyata keçirilir:

"Elə xidmətlər var ki, onlar icbari tibbi xidmətlər zərfində əhatə olunmur. Həmin xidmətlərin ödənişlərinin həyata keçirilməsi üçün bank şöbələri, post-terminallar quraşdırılacaq. Hazırda bunun üçün xəstəxanalarda onların yerləri təyin olunur".

Tarix
2021.03.28 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla