Yuxarı

Azərbaycan MDB-də buna görə liderdir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan MDB-də buna görə liderdir

Dünyanın bir çox ölkələri fəal şəkildə əhalini koronavirus infeksiyasına qarşı aşılamağa başlayıb və Azərbaycan da COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır.

Axar.az Report-a istinadən xəbər verir ki, MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığını görmək olar.

Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin aşılanmasına başlanıb. 26 mart 2021-ci il tarixinə olan duruma görə, ümumilikdə 746 608 doza peyvənd vurulub, 226 min nəfər tam aşılanıb.

Lakin koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə aşılama əhəmiyyətli rol oynaya bilər. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında, azaltmaq mümkün olacaq.

Son yenilənmə tarixi

Ölkə

Peyvənd olunan insanların sayı

Peyvənd olunmuş əhalinin faizi

26.03.2021

Azərbaycan

518 867

5,2%

12.03.2021

Belarus

20 000

2%

26.03.2021

Qazaxıstan

110 861

0,6%

26.03.2021

Moldova

33 885

0,9%

22.03.2021

Rusiya

6 300 000

4,3%

26.03.2021

Ukrayna

192 263

0,4%

Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə aşılandığı aydınlaşır. Bu da əhalinin 5,2%-ni təşkil edir. Rusiyada isə aşılananların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3%-ni təşkil edir. Bu göstərici Belarusda 2% təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1% səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər aşılanıb. Ermənistanda isə peyvəndləmə hələ başlamayıb.

Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geri qalırıq. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.

Tarix
2021.03.30 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla