Yuxarı

Ağır vəziyyətdə deyilsinizsə, təcili yardıma zəng etməyin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağır vəziyyətdə deyilsinizsə, təcili yardıma zəng etməyin

Təcili yardımdan narazı olanların əksəriyyəti yüngül problemlərlə çağırış edən insanlardır.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib.

O bildirib ki, bəzən bir nəfər 4-5 dəfə zəng edir və bu da xətlərin yüklənməsinə, nəticədə ağır xəstələrin kənarda qalmasına səbəb olur:

“Əhalidən xahiş edirik ki, yalnız təcili hallar zamanı müraciət edilsin. Öncə təcili çağırışlar icra edilir, ağır xəstələrə yardım edilir, sonra təxirəsalınmaz çağırışları icra edirik.

Məsələn, insanın qızdırması 37 dərəcə olur, deyir ki, gəlib analiz götürülsün. Belə insanları istiqamətləndirəndə aqressiv yanaşırlar. Hətta ağır xəstələrdən müayinə materialı götürəndə, bunun cavabını almaq üçün bizə müraciət edirlər”.

“Təcili yardım ağır xəstələrdən müayinə götürüb müvafiq laboratoriyalara göndərir. Analizin cavabı bizdə olmur”, - deyə o əlavə edib.

Tarix
2021.04.01 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla