Yuxarı

Koronaya 3-cü dəfə yoluxanlar var - Türkiyəli professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronaya 3-cü dəfə yoluxanlar var - Türkiyəli professor

Bunu anlamaq lazımdır, xəstəlik istənilən səviyyədə immunitet yaratmır. Mən xəstəliyi keçirmişəm deyib arxayın olmayın. Xəstələrimiz arasında üçüncü dəfə infeksiyaya yoluxanlar var. Xəstəlik keçirənlərdə yaranmış immunitet onları 6 ay qoruyur. Hətta xəstəxanamızda xəstəlikdən 2 ay sonra yenidən əziyyət çəkən insanlara rast gəlinir. Xəstəlik keçirənləri və vaksin olunanları nəzərə alıb yumşaltmaya getsək, vəziyyət gərginləşə bilər. Hindistan bunu etdi və böyük bir partlayış yaşandı.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli professor Mehmet Ceyhan məlumat verib. Ekspert peyvənd və karantin tədbirlərini birgə davam etdirməyin vacibliyini qeyd edib:

“Mutant virusun yayılmasından sonra yenidən yoluxma halları qeydə almışıq. Odur ki, vaksin virusa yoluxanlara 6 aydan sonra deyil, daha tez vurula bilər.

Karantin tədbirləri aradan qalxarsa və ya xalq arxayınlaşarsa, qısa müddətdə böyük bir partlayış yaşaya bilərik. Bütün bunlar riski artırır. Artıq sonunda işığın göründüyü tuneldəyik. Əhalinin 70-75 faizini nə qədər erkən peyvəndləsək, bir o qədər tez xilas olacağıq”.

Tarix
2021.04.26 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla