Yuxarı

Koronanın dəhşətli növü: meyitlər artıq küçələrdə yandırılır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronanın dəhşətli növü: meyitlər artıq küçələrdə yandırılır

Hindistan ştammı ilk dəfə Hindistanın şərqi Benqaliya ştatında, Hindistan Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən tapılıb. Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib və bunlar B.1.617 və B.1.618 mutasiyalarıdır. Bunun nəticəsində virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb. İkiqat mutasiya nəticəsində virusun immunreaksiyadan yayınma qabiliyyəti var. Ola bilər ki, immunitetimiz bu virusa qarşı həssas olmasın.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, bu mutasiyalar çox təhlükəlidir:

“Hindistanda ölüm sayı gündəlik 3000 civarındadır və küçələrdə meyitlərin kütləvi yandırılması həyata keçirilir. Dünya bu yandırılmaların virusu yenidən aktivləşdirə biləcəyindən narahatdır. Ancaq bu belə deyil. Yüksək temperaturda viruslar dərhal deformasiya olur və öz aktivliyini itirərək məhv olur. Amma bu ekoloji problem yarada bilər, çünki Hindistan küçələrində meyitlərin yandırılması artıq ənənəvi bir hal alıb.

Bu gün artıq qeyd edilir ki, San Fransiskoda Stenford Universitetinin Klinik Virusologiya İnstitutunda da Hindistan ştammı müəyyən edilib. Rusiyada da olduğu güman edilir. Bu virus yayılarsa, bu, dördüncü dalğa hesab ediləcək. Bəzi alimlər bunu virusun ikiqat mutasiya olduğuna görə pandemiyanın yeni mərhələsi sayırlar. Hindistan ştammının hansı davranışlar sərgiləyəcəyi insanları çox narahat edir. Dünyanın belə bir çətinlik qarşısında qaldığı zamanda hesab edirəm ki, çox diqqətli və ehtiyatlı olmalıyıq. Artıq bütün ölkələrdə həm xeyli insan yorulub, həm də resurslar tükənib. Belə bir dalğa olsa, bu, böyük itkilər gətirəcək. Hər halda, koronavirusla bağlı verilən proqnozlar özünü doğrultmur və pandemiyanın bitmək ehtimalı yoxdur. Karantin qaydalarına əməl etmək çox vacibdir”.

Tarix
2021.04.28 / 12:00
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla