Yuxarı

Ən qəddar və “qəzəbli” mutasiya: nələr ola bilər?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən qəddar və “qəzəbli” mutasiya: nələr ola bilər?

Hazırda ən qorxulu və qəzəbli koronavirus növü Hindistan ştammıdır ki, o, ikili mutant kimi məşhurdur. Bu ştamm özündə 5-6 mutasiya birləşdirir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bioloqlar Corc Meyson və Anna Baranova bu mutasiyanın əslində ilk dəfə 2020-ci ilin oktyabrında təsbit edildiyini açıqlayıb. Sadəcə ona o zaman ciddi önəm verilməyib.

“Hindistan koronavirusunun içində 2 yox, birdən-birə 6 mutasiya var, onların hər biri xüsusi qəzəblidir. Ona ikili, ikiqat mutasiya deyilir. Bu mutasiya necə yaranır? Bunun 2 yolu var: birinci- əvvəlcə eyni bölgədə bir mutasiya, sonra ikincisi yaranır və onlar çox asta templə, müəyyən müddətə birləşir.

İkinci, sürətli yol isə bu hüceyrəyə eyni vaxtda iki virus düşür, onlar bir-birlərinə genetik materialı ötürür, bu zaman ikili mutasiyalı hibrid variant yaranır. Bu ştamm hələ 2020-ci ildə aşkarlanmışdı, amma ondan ehtiyat etmədilər. Düşünülmədi ki, o qısa müddətdə bütün Hindistanı cənginə alıb, ölkədən kənara da yayılacaq".

2021-ci ilin aprelində Hindistan konsorsiumu E484Q və L452R mutasiyalarının dekabrdakına nisbətən daha aktiv yayıldığı barədə məruzə etmişdi. Lakin bu vaxta kimi alimlər qəti olaraq bu ştammın rekombinant olması barədə dəqiq bir söz deməyib.

Tarix
2021.05.03 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla