Yuxarı

Baş stomatoloqdan peyvəndlərlə bağlı - Müraciət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda COVID-19-a qarşı peyvəndin vurdurulub-vurdurulmamasına dair cəmiyyətdə çoxlu müzakirələr aparılır. Bəziləri vaksinin tərkibinin bəlli olmadığını əsas gətirərək, peyvəndləmədən imtina edirlər. Lakin maraqlısı odur ki, insanlar çox vaxt tərkibi bəlli olmayan dərmanları asanlıqla vurdursalar da, nədənsə bu təhlükəli virusdan qorunmaq istəmirlər.

Axar.az xəbər verir ki, bu haqda Azərbaycanın baş stomatoloqu, ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri professor Nazim Pənahov açıqlamasında bildirib.

N.Pənahov qeyd edib ki, hər kəs dəfələrlə stomatoloji müalicə üçün həkimlərə üz tutub:

“Müraciət etdiyiniz klinikada ağız boşluğunda aparılan istənilən müdaxilə (məsələn, plomblama, dişin pulpasının çıxarılması, yaxud dişin özünün çəkilməsi, diş əti xəstəliklərinin müalicəsi, dental implantasiya, müxtəlif protezlərin hazırlanması və s.) zamanı həkim-stomatoloqunuz çox hallarda müxtəlif tərkibli medikamentoz vasitələri ya inyeksiya şəklində ağızda selikli qişanın altına, ya məhlul şəklində birbaşa dişin pulpası çıxarılan nahiyəyə, yaxud dişin plomblanması zamanı onun üzərinə, dental implantasiya zamanı əng və çənə sümüyünə tətbiq edir. Təbii ki, tətbiq edilən medikamentoz preparatların kimyəvi tərkibi, onun hansı üsulla hazırlanması, niyə məhz müalicənin bu və ya digər mərhələsində sizdə istifadə olunması, inanın ki, sizi heç maraqlandırmır. Bu preparatların sizin hazırki vəziyyətinizə təsiri və gələcək həyatınızda nə kimi iz qoya biləcəyini heç düşünmürsünüz, çünki gəldiyiniz klinikada çalışan həkimin tibbi savadına və peşəkarlığına inanaraq ona müraciət etmisiniz. Lakin sizin məhz bu COVID-19 qlobal bəlasından qorunmanız üçün, dövlətin ayırdığı külli miqdarda valyutanın xərclənməsi hesabına, min bir əziyyətlə indiki vaxtda respublikamıza gətirilməsi təmin edilən bu vaksinə gəldikdə isə hamı özünü həkim, epidemioloq, əczaçı, mikrobioloq, yaxud kimyaçı kimi aparır. Əksəriyyət Quqldan əldə etdiyi məhdud və tibbi əsası olmayan məlumatlara əsaslanaraq, bir-birlərinə vurdurmamaq barədə ciddi tövsiyələr verir”.

Bu cür davranışı təzadlı sayan baş stomatoloq Nazim Pənahov xatırladır ki, əksər uşaqlara həyatının elə ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq surətdə, mövcud olan sxem və təqvim üzrə, COVID-19-dan dəfələrlə qorxulu olan infeksiyalardan qorunmaq üçün müəyyən ardıcıllıqla peyvəndlər vurulur:

“Bunun bəhrəsini də biz həyatımız boyunca həmin xəstəliklərə yoluxmamaqda görürük. Yaxud, peşəmizlə əlaqədar olan bəzi infeksiyalar, məsələn, B hepatitinə qarşı əhali arasında kütləvi surətdə peyvəndləmə aparılmasa da, əksər stomatoloqlar könüllü surətdə bu peyvəndi, belə deyək, öz vəsaiti hesabına vurdurur, sonra revaksinasiya olunurlar və artıq belə xəstələr ilə təmas zamanı özlərini və yaxın çevrəsini yoluxmaqdan sığortalayırlar.

Ancaq demək olar ki, bu pandemiya başladığı gündən bəzi sosial şəbəkələrdə yayılan, yoxlanılmayan və elmi dəlillərə əsaslanmayan məlumatlara istinad edərək, bəzi həmvətənlərimiz yenə də cari vaksinasiyaya inamsızlıq göstərirlər”.

Həkim-stomatoloq indiki pandemiya dönəmində ətrafdakılardan utanıb-çəkinmədən yerə tüpürən vətəndaşlara da müraciət edib. Qeyd edib ki, koronavirus bəlasından qurtulmağın yeganə yolu, vaksinasiya, tibbi maska, sosial məsafə və fərdi gigiyena qaydalarına ciddi riayət etməkdən keçir:

“Təəssüf ki, bəzi vətəndaşlarımızda ətraf üçün iyrənc gələn, lakin indiki zamanda çox qorxulu olan bir pis adət də vardır. Bu da öskürən zaman ağız boşluğuna düşən bəlğəmi ətrafdakılardan utanıb-iyrənmədən birbaşa yol getdiyi zaman küçəyə tüpürməsidir. Tüpürcəyin tərkibindəki külli miqdarda patogen mikroorqanizmlərin və virusların bizim küləkli şəhərimizdə hava vasitəsilə, eləcə də həmin ərazidən keçən və ayağının altına diqqət verməyən uşaq ya böyük əhalinin ayaqqabılarına bulaşaraq evinə və ya işlədiyi müəssisəyə gətirilməsi, infeksiyanın yayılması üçün gözəl zəmin yaradır”.

Tarix
2021.05.05 / 09:53
Müəllif
Ruzbeh Məmməd
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla