Yuxarı

Koronanı simptomsuz keçirənlərə xəbərdarlıq - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronanı simptomsuz keçirənlərə xəbərdarlıq - Video

“AstraZeneka”nın qan laxtalanmasına səbəb olması riski təsadüf olduğu üçün ÜST tərəfindən qəbul edilib.

Axar.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında türkiyəli həkim İsmayıl Balık deyib.

O bildirib ki, “AstraZeneka”nın tətbiqinin yaxından müşahidə edilməsinə ehtiyac var:

“Hamilə qadınlarda qəbul edilən dərmanlarla əlaqədar sözügedən peyvəndin tətbiqi qan laxtalanma riskini artırdığı üçün onun bu dərmanları qəbul etməyən, yaşı yuxarı qadın və kişilərə vurulması tövsiyə edilir. Bunun xaricində isə hansısa məhdudiyyətlər olmadı.

Bu peyvənd milyonlarla insana vuruldu, onunla bağlı narahat olmağa ehtiyac yoxdur. Çox nadir halda, yəni milyon nəfər arasında 5-6 dəfə müşahidə edilə bilən bu yan təsir rahatlıqla nəzərə alınıb, istifadə edilə bilər”.

Həkim onu da qeyd edib ki, koronanı simptomsuz keçirən şəxslərdə də sonradan bəzi xəstəliklər yarana bilir:

“Hər kəsin peyvənd olunmasını tövsiyə edirik. Çünki koronavirusu simptomsuz keçirənlərin 30 faizində belə saç tökülməsi, şəkər, ürək, ağciyər xəstəlikləri və kişi sonsuzluğuna səbəb olan hallar ortaya çıxır”.

Tarix
2021.05.05 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla