Yuxarı

Alimlərdən tibb aləmində daha bir mühüm kəşf

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlərdən tibb aləmində daha bir mühüm kəşf

Çin alimləri beyin hüceyrələrini insult zamanı oksigenlə təchiz etməyi bacaran, fotosintezedici hissəciklər yaradıblar.

Axar.az xəbər verir ki, bu, neyronların kütləvi məhv olmasının qarşısını alır. Tədqiqatın nəticələri “ACS Nano Letters” jurnalında dərc edilib.

Tədqiqatçıların yazdığına görə, yeni nanohissəciklər infraqırmızı şüa ilə işıqlandırılanda oksigen yarada bilir. Təcrübə göstərir ki, bənzər prosedur insult zamanı neyronları məhv olmaqdan qoruyur. Nanohissəciklər yeni qan damalarının böyüməsini stimullaşdırır ki, nəticədə beyinin fəaliyyəti yaxşılaşır.

Dünyanın əksər inkişaf etmiş ölkələrində infarkt, ürək çatışmazlığı və müxtəlif xərçəng şişləri ilə yanaşı, insult və beyin qansızması da insan ölümünə gətirib çıxaran əsas səbəblərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il 15 milyon insan insultun qurbanı olur – onlardan 5 milyonu ölür, 5 milyonu isə əlil olur.

Neyronlar oksigensiz cəmi 6-7 dəqiqə yaşayır. Buna görə də insult zamanı beyin qan dövranının pozulduğu nahiyələrdə hüceyrələr kütləvi şəkildə məhv olur.

Son illər tibb işçiləri və bioloqlar neyronları məhv olmaqdan və insultun ən ağır nəticələrinin qarşısını almaqdan qoruya bilən preparatların yaradılması üzərində fəal işləyirlər. Xuaçjun Elm və Texnologiyalar Universitetinin professoru Van Linin rəhbərliyi ilə bir qrup tibb işçisi və kimyaçı bu problemin qeyri-adi həllini tapıb. Onlar sianobakteriya koloniyaları qoşulmuş nanohissəciklərin köməyilə beyin hüceyrələrini oksigenlə təchiz etməyi öyrəniblər. Tədqiqatçıların sözlərinə görə, bəzi belə mikroblar ətraf mühitdən, demək olar, uzun müddət karbon qazını götürərək oksigenə çevirə bilir – özü də bu halda gün işığından başqa heç nəyə ehtiyac olmur. Əgər insan orqanizmində bakteriya koloniyalarını “işqlandırmaq olarsa”, nəzəri baxımdan bunun nəticəsində onlardan müxtəlif toxumaların oksigenlə təchiz edilməsi üçün istifadə etmək olar.

Van Lin və onun həmkarlarının fikrincə, xüsusi nanohissəciklər vasitəsilə bu məsələni həll etmək olar. Həmin nanohissəciklər, içinə mikroblar yerləşdirilmiş kapsul kimi xidmət göstərəcək və eyni vaxtda infraqırmızı şüalanmanı görünən işığın işartılarına çevirəcək. Həmçinin bu, potensial təhlükəli mikrob tullantılarının insan orqanizminə nüfuz etməsinin qarşısını alan bir maneə rolunu oynayacaq.

Tarix
2021.05.21 / 02:20
Müəllif
Axar.az
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla