Yuxarı

Yay mövsümündə necə qidalanmalıyıq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yay mövsümündə necə qidalanmalıyıq?

Yay mövsümündə temperatur daha yuxarı olduğu üçün daha tez həzm olunan, yüngül qidalara üstünlük verilməlidir. Qida rasionunda yağlı və qızarmış qidalar əvəzinə soyutma və yaxud buxarda bişmiş tərəvəzli yeməklər yeyilməlidir. Balıq, toyuq və ya qırmızı ət həftədə 2 dəfə yeyilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, mütləq şəkildə gün ərzində mövsümə uyğun 3 meyvə, 4 tərəvəz miqdarlara bölünərək yeyilməlidir:

“Bu mövsümdə ən əsas qabaq, adi və gül kələmi, kök kimi tərəvəzlərdən salatlar hazırlana bilər. Salatlara çia, kətan və qaraçörəkotu toxumları əlavə etmək də faydalıdır. Mövsümi meyvə və tərəvəzlərin liflə zəngin olması bağırsaqların keçiriciliyinə faydalı təsir edir. Onlar eyni zamanda orqanizmi vitamin və minerallarla təmin edir. Bu qidalardan qəbul edilən şəkərlər insanların şirniyyat istəyini də qarşılayır.

Bəzən olur ki, insanlar yay mövsümündə baş ağrıları və miqrendən daha çox əziyyət çəkirlər, bunun da səbəbi yüksək temperatur və çox tərləmə nəticəsində bədənin maye itirməsidir. Orqazimin maye tələbatı düzgün təmin edilməlidir. Bəzən deyilir ki, insanlar gündə 3-4 litr su içməlidir, ancaq bu belə deyil. Hər orqanizmin maye tələbatı fərqlidir və mayenin istifadəsi insanda hər çəkiyə görə 0.30 ml olaraq hesablanmalıdır. Əgər insan fiziki ağır işdə çalışırsa, idman edirsə və tərləməyə məruz qalırsa, bu maye miqdarı artırıla bilər. Bu mayelər təmiz və qaynamamış su, ayran, kefir və meyvələrin tərkibində qəbul etdiyimiz şirələr olmalıdır. Çay, kofe və qazlı içkilərdən uzaq durmaq lazımdır, çünki bunlar bədənin maye tələbatını ödəmir”.

Tarix
2021.05.28 / 02:12
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla