Yuxarı

Bədəni çürüdən, gözü çıxardan dəhşət qapımızda – Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bədəni çürüdən, gözü çıxardan dəhşət qapımızda – Video

Hindistandan yayılmağa başlayan “Qara göbələk” (“Qara kif”) adlı mukormikoz xəstəliyi artıq Çindən sonra Rusiyada da tapılıb.

Axar.az xəbər verir ki, bu dəhşətli xəstəliyin yayılması böyük həyəcan doğurur. Bu xəstəliyə yoluxanların müalicəsində istifadə edilən vasitə də dəhşətlidir. Belə ki, həkimlər xəstənin yaşaması üçün bir və ya hər iki gözünün cərrahiyyə yolu ilə çıxarılmasını vacib sayırlar.

“Bütün toxumaları, sinirləri və göz qapaqlarını çıxarmasaq, infeksiya beyinə daxil ola bilər”, - hindistanlı həkim Akşay Nair bildirib.

Göbələk xəstəliyinin ağırlaşmasının nəticəsi olan bu xəstəlik immun sistemi aşağı olanlara, o cümlədən diabet xəstələrinə, koronavirus keçirib, immun sistemi zəifləyənlərə daha ağır formada təsir edir.

Bundan əlavə, xəstəlik insan bədəninin çürüməsinə də səbəb olur.

Həkimlər bildirir ki, xəstəlik burundan başlayır və gözə, daha sonra beyinə yayılır. Müalicəsi həddən artıq baha olan xəstəliyin dərmanları da kifayət qədər deyil.

Mütəxəssislərin fikrincə, bu xəstəliklə mübarizə üçün dərhal addımlar atılmalıdır. Xüsusilə infeksiyanın yayıldığı ölkələrdən qida idxalından tutmuş turist səfərlərinə qədər, hər şey ciddi nəzarətə alınmalıdır.

Tarix
2021.06.06 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla