Yuxarı

Banan qabığının bilmədiyiniz faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diqqət yetirməli olduğunuz əsas məqam bananı soyarkən qabığını təzə halda istifadə etməkdir. Saxlanılmış banan qabığını istifadə etmək sizin üçün faydalı olmayacaqdır.

Axar.az xəbər verir ki, banan qabığının yumşaq iç tərəfi ilə dişləri 2 dəqiqədən az olmamaq şərti ilə təmizləmək diş minasını gücləndirir. Banan qabığının tərkibində fosfor, maqnezium, kalsium, manqan, kalium kimi dişlər üçün olduqca faydalı minerallar vardır. Bu minerallar diş minasını güclü şəkildə parıldatma xüsusiyyətinə malikdir. Gün ərzində 1-2 dəfə bu proseduru təkrarlamaq lazımdır.

Banan qabığından akademik Boris Vasilyeviç Bolotovun metodu əsasında müalicəvi kvas hazırlamaq olar. Qazlı içkinin tərkibində olan triptofan maddəsi toksinlərin aradan qaldırılmasında və orqanizmin təmizlənməsində effektiv təsir göstərir. Kvasın bəzi növlərindən xroniki və kəskin xəstəliklərin, həmçinin onkoloji xəstəliklərin profilaktikası və müalicəsində istifadə etmək olar. Banan kvası gözəl şəkildə susuzluğu aradan qaldırır və tərkibindəki kalori minimum dərəcədədir. Bu, tez arıqlamaq və ya ideal bədən quruluşunu qorumaq istəyən insanlar üçün olduqca önəmlidir.

Yaraların tez bir zamanda sağalmasını təmin edən yağ və fermentlər sayəsində banan qabığı sıyrıqlar, cızıqlar və günəş yanıqları, həşərat sancması kimi dəri zədələnmələrinin də sağalmasına kömək olur. Bunun üçün banan qabığının yumşaq tərəfini yaranın, yanığın və həşərat dişləyən yerin üzərinə qoyaraq plastrla bərkitmək və ya onunla dərinin zədələnmiş hissəsini silmək kifayətdir. Bu proseduru dərinin zədələnmiş hissəsi tam şəkildə sağalana qədər hər gün davam etdirmək məsləhət görülür.

Banan qabığı gümüşü mükəmməl şəkildə ağardır. Qabığı az miqdarda suda əzin. Bu məcunla qaşıq və çəngəlləri, gümüş aksessuarları sürtün. Necə ağardığını görəcəksiniz.

Banan qabığının tərkibində təbii yağlardan başqa həm də mum var. Həmçinin siz ayaqqabı kremi əvəzinə onu istifadə edə bilərsiniz. Öz sevimli ayaqqabınızı qabıqla ovuşdurun, sonra isə adi üsulla onları cilalayın.

Banan qabığının tərkibində azot, maqnezium, fosfor, kalsium, kalium kimi maddələr bitkilərin keyfiyyətli artımı üçün faydalıdır. Bunu üçün banan qabığnı kiçik hissələrə bölmək və bitkinin dibinə qoyaraq üzərinə torpaq tökmək lazımdır. Bu yolla parçalanma prosesində torpağa qidalandırıcı maddələr daxil olacaq. Banan qabığını torpağa gübrə ilə birlikdə də qoymaq olar. Otaq güllərini banan qabığı ilə gübrələmək üçün qabığı sobada və ya təbii yolla qurutmaq, sonra qurumuş halda xırdalamaq, ən yaxşısı toz halında əzmək və bitkinin olduğu torpaqla qarışdırmaq lazımdır. Təzə banan qabığının yumşaq hissəsi ilə güllərin yarpaqlarını silmək, bununla da onları çirklənmədən qorumaq, qidalandırmaq və parlaqlıqlarını bərpa etmək mümkündür.

Banan qabığından gözəl ev sirkəsi əldə etmək olar. Hazırlanmış sirkə banan qabığının bütün faydalı xüsusiyyətlərini tam anlamda özündə toplayacaq. Belə sirkədən salatlarda dadverici kimi və şorabaların (marinadların) inqridienti kimi istifadə etmək olar.

Əti hazırlayacağımız tavanın dibinə banan qabığı düzürük. Bu, ətin daha şirəli, zərif qalmasını və yanmamasını təmin edir. Bu metoddan daha çox Asiya mətbəxində istifadə olunur. Əlbəttə ki, banan qabığını qızdırmadan öncə onu yaxşı yumaq və mum örtüyü çıxarmaq lazımdır.

Banan xərçəng kimi ümidsiz xəstəliyə qarşı mübarizədə də kömək edə bilər. Məsələn, banan qabığı orqanizmin ümumi müqavimətini artıran ağ qan hüceyrələrinin yaranmasına səbəb olur. Bu məqsədlə bananlı çaydan istifadə edə bilərsiniz. Banan qabığını 10 dəqiqə ərzində qaynadıb bal əlavə edin. İstənilən halda bu, faydalı içkidir.

Göründüyü kimi, sağlamlığımıza və məişətə yararlı vasitələri zibil qutusuna atırıq, halbuki bahalı vasitələrə pul xərcləmək yerinə asan və sərfəli yollara baş vura bilərik.

Tarix
2021.06.17 / 00:41
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla