Yuxarı

Bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər

Müəyyən ölkələrə və qapalı məkanlara getmək üçün ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Toyların da yaxın zamanlarda açılacağı gözlənilir. Həmin vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək.

Axar.az xəbər verir ki, bu sözləri ARB-24-də yayımlanan "İş vaxtı?" verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

"Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir. Bu şəxslərin toylara gedə bilməsi üçün ayrıca sertifikat işlənilməlidir və bu, müddətsiz olmalıdır. Çünki insanda hər hansı xəstəlik varsa, bu, 6 ay sonra sağalmayacaq. Bu şəxslər üçün 6 ay sonra da vaksinasiya əks göstərişdir", - deyə həkim əlvə edib.

Qeyd edək ki, koronavirus infekasiyasına qarşı vurulan vaksinlər Azərbaycanda insanlara COVİD-19 pasportu almağa imkan verir. COVİD-19 pasportunun iki növü var: “COVİD-19 vaksin sertifikatı” və “COVİD-19 immunitet sertifikatı”. “COVİD-19 vaksin sertifikatı” COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVİD-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Koronavirusa yoluxmuş və sağalmış şəxslərin bu pasportu alması daha asan başa gəlir. Belə ki, yoluxması barədə rəsmi qeydiyyatı olan şəxslərin immunitet sertifikatı əldə etməsi sadə prosedur tələb edir.

Tarix
2021.06.18 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Peskov: Avropalılar israr edir ki...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla