Yuxarı

Çin vaksinləri delta ştammına qarşı effektivdir – Nanşan

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin vaksinləri delta ştammına qarşı effektivdir – Nanşan

Çin istehsalı olan COVİD-19 peyvəndləri yeni növ koronavirusun daha təhlükəli ştammı olan deltaya qarşı effektivdir.

Axar.az xəbər verir ki, bu sözləri Çində COVİD-19 xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan bildirib.

Ekspert deyib ki, Çinin Quandun vilayətində də aşkarlanan delta ştammının inkubasiya dövrü daha qısa, yoluxan şəxslərin sağalma dövrü isə daha uzundur. Çinin baş epidemioloqu kütləvi immunitetin yaranması üçün ölkə əhalisini daha sürətlə peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, ilk dəfə Hindistanda aşkar edilən COVİD-19 infeksiyasının Delta ştamı artıq dünyanın 100-ə yaxın ölkəsində yayılıb. Bu ştamın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.

Çində əhalinin COVİD-19 virusuna qarşı vaksinasiyası sürətlə davam edir. İndiyədək 1,16 milyard doza peyvənd vurulub. Çinin səlahiyyətli qurumları kütləvi immunitetin yaranması üçün ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Tarix
2021.06.28 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla