Yuxarı

Ölkədə epidemioloji nəzarət gücləndirildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə dünya əhalisini təşvişə salan donuz qripinə yoluxma halları Azərbaycanda qeyd olunmayıb.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib:

"Ölkəmizdə mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb. Lakin bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən qarşımızda potensial təhlükə yaratmaqla profilaktik, müalicəvi və əksepidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların mobilləşdirilməsini tələb edir.

Bu məqsədlə hələ 8 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb.

Əmrdə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.

Qeyd etmək istərdik ki, qriplə mübarizə məsələlərində əhali əhəmiyyətli rol oynayır. Bu baxımdan da əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, donuz qripi mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur.

Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağ ciyərlər zədələnir.

Əhalidən xəstəliyin əlamətləri özünü biruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət etməsi xahiş olunur.

Vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərdə iştirak etməməyi tövsiyə olunur".

Tarix
2016.01.14 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla