Yuxarı

Bu çayı içmək qocalmanı yavaşladır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu çayı içmək qocalmanı yavaşladır

Alimlər “cavanlaşdırıcı çay” kəşf ediblər. Hər gün bu çayı içən insan qocalıqdan və xəstəlikdən uzaqdır.

Axar.az xəbər verir ki, alimlər bununla bağlı araşdırma aparıb.

Müəyyən edilib ki, həmin çayın tərkibində qan damarlarında təhlükəli hissəcikləri parçalayan “Epigallocatechin Gallate” (EGCG) kimi tanınan unikal bir bitki birləşməsi var. Müntəzəm yaşıl çay içmək beyin sağlamlığını yaxşılaşdıra və hətta həyatın sonrakı dövrlərində qocalmanın yavaşlamasına kömək edə bilər. Hər gün üç stəkan (hər biri 200 ilə 250 mil arasında) yaşıl çay içmək beyin sağlamlığına müsbət təsir etmək üçün kifayətdir.

Nyukasl Universitetinin tədqiqatçısı Edvard Okellonun fikrincə, həmin çaydan davamlı olaraq istifadə edilməlidir. Çünki yaşıl çay ümumi beyin gücünü artıra bilir və EGCG-bitki birləşməsi bu təsirdən məsuldur. EGCG asetilkolin səviyyələrini artıraraq işləyir, bu da müəyyən funksiyaların yaxşılaşmasına səbəb olur. Altı il ərzində 85 yaşdan yuxarı insanların çay istehlakı araşdırıldı və çay istehlakının koqnitiv funksiyalarındakı enişi yavaşlatdığı ortaya çıxdı, burada daha vacib məsələ isə çay miqdarıdır. Bu səbəbdən araşdırmada məlum oldu ki, ən azı üç fincan çay (gündə) sağlamlıq üçün faydalıdır.

Digər tədqiqatçı Maykl Mosley bildirib ki, çay bir çox sağlamlıq faydalarını təmin edə bilər. Xüsusilə beyin sağlamlığı üçün əhəmiyyətli bir içkidir. Yaşıl çaya alışmaq bir qədər zaman ala bilər, bu dad əslində çayın tərkibindəki polifenollardan qaynaqlanır. Üstəlik, bu çayın idman edərkən daha çox yağ yandırmaq, əhvalı yaxşılaşdırmaq, ürək xəstəliyi və digər xəstəliklərin riskini azaltmaq kimi əlavə sağlamlıq faydaları da mövcuddur.

Mütəxəssislər yaşıl çayın müntəzəm qəbulunun da sümük sağlamlığına faydalılığını, iltihabı azaltdığını və xolesterini aşağı saldığını bildiriblər. Xüsusilə aktiv həyat sürmək, zehni məşq etdirmək və ictimai aktivliyi qorumaq da önəmlidir.

Tarix
2024.02.11 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla