Yuxarı

Bədənin hansı hissələri hər gün yuyulmalıdır? - Dermotoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bədənin hansı hissələri hər gün yuyulmalıdır? - Dermotoloq

Şampunun tərkibindəki maddələrin bədən dərisindəki məsamələri bağlamaması üçün əvvəlcə saçınızı, sonra bədəninizi yumalısınız.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, dermatoloqlar duşda ilk növbədə saçınızı yumağı məsləhət görürlər. Məsələ burasındadır ki, bir çox şampun və kondisionerlərin tərkibində saçları qidalandıran, lakin bədəndə sızanaq və follikulit yarada bilən maddələr var.

“Zərurət olmadıqca hər gün başı, kürəyi, döş qəfəsini, mədə, bud və çiyinləri yumaq lazım deyil. Ancaq hər gün qasıq və qoltuqları yumaq lazımdır. Çünki bu gölgələrdə tər və qoxu istehsalından məsul olan apokrin vəziləri var”, - deyə dermatoloqlar bildiriblər.

Onların sözlərinə görə, göbələk infeksiyası riskini azaltmaq üçün hər dəfə duş qəbul edərkən ayaqları, o cümlədən barmaqların arasını sabunla yumaq lazımdır.

“Çox tərləyəndə, üzdükdən və ya idmandan sonra mütləq duş qəbul etməlisiniz. Digər hallarda gündəlik duşa ehtiyac yoxdur.

Ekzeması və ya dərisi quru olan insanlar üçün həftədə üç-dörd dəfə duş qəbul etmək kifayətdir”, - deyə ekspertlər vurğulayıblar

Tarix
2024.07.22 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla