Yuxarı

Bu kişilərin oğlu olmur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kişilərin oğlu olmur

Körpənin cinsiyyəti ana bətnində mayalanma zamanı müəyyən olunur və bu, tamamilə atanın spermatozoidindəki xromosomdan asılıdır. Qadının yumurta hüceyrəsində yalnız X xromosomu olur. Kişi isə həm X, həm də Y xromosom daşıyan spermatozoidlərə sahibdir. Əgər yumurta hüceyrəni Y xromosomlu spermatozoid mayalandırarsa, oğlan, X xromosomlu spermatozoid mayalandırarsa, qız uşağı dünyaya gəlir.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar sübut edir ki, Y xromosomlu spermatozoidlər daha kiçik və yüngül olduqları üçün daha sürətli hərəkət edirlər. Lakin bu sürət onlara uzun ömür vermir - ətraf mühitə qarşı daha həssasdırlar və əsasən turş mühitdə uzun müddət yaşaya bilmirlər. X xromosomlu spermatozoidlər isə daha davamlı və dözümlüdürlər.

Məhz bu xüsusiyyətlərə görə bəzi kişilər müəyyən həyat tərzinə və vərdişlərə görə oğlan övladı sahibi olmaqda çətinlik çəkə bilirlər. Məsələn, siqaret çəkmək, davamlı olaraq isti mühitdə işləmək, sıx alt paltar geyinmək, əsasən bitki mənşəli qidalarla qidalanmaq Y spermatozoidlərin sayını və gücünü azalda bilər. Nəticədə oğlan uşağı doğulma ehtimalı aşağı düşür.

Bundan başqa, cinsi əlaqənin vaxtı da rol oynayır. Əgər bu, ovulyasiyadan 2-4 gün əvvəl baş veribsə, turş mühit üstünlük təşkil etdiyindən Y spermatozoidlər tez tələf ola bilər və X-lar üstünlük qazanaraq qız övladına səbəb ola bilər. Həftədə bir dəfə və ya daha az cinsi əlaqə də eyakulyatda X xromosomlu spermatozoidlərin çoxalmasına səbəb olur.

Əksinə, ovulyasiya vaxtına yaxın və ya həmin gün baş verən əlaqələrdə Y xromosomlu spermatozoidlər daha sürətli hərəkət etdiklərindən, onların yumurtaya çatma ehtimalı yüksəlir. Əgər qadın cinsi əlaqə zamanı orqazm yaşayırsa, uşaqlıq yolunun pH səviyyəsi qələviyə yaxınlaşır ki, bu da Y spermalarının daha uzun yaşamasına və oğlan ehtimalının artmasına səbəb olur.

Beləliklə, oğlan və ya qız övladı sahibi olmaq bəzən həyat tərzindən, cinsi münasibətlərin tezliyindən və vaxtından da asılı ola bilər.

Tarix
2025.04.20 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla