Yuxarı

Milyonda bir ehtimal onu tapdı - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyonda bir ehtimal onu tapdı - Foto

İçdiyi mədə dərmanı gənc qızın dərisində elə bir allergik reaksiyaya səbəb olub ki, qızın bütün həyatı təhlükə içində olub. Bütün dərisində qorxunc yaralar çıxan gənc qızın qaş kirpik, saç və hətta dırnaqları belə tökülüb.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı Linn Hous yaşadığı kabusdan sonra həyata yenidən qayıdıb. Gənc qız " Zantac " adlı dərmanı içdikdən sonra çox qısa müddətdə dərisində yaranan mənfi reaksiyaları hiss edib. Mütəxəssislərin rəyinə görə 17 yaşlı gənc qızın həyatda yaşamaq şansı 10 faiz imiş, bu da tam bir möcüzədir.

Linn Housun üzünün, çiyin və sinəsinin böyük bir hissəsində dərisi tamamilə soyulub. Allergik vəziyyət gənc qızın qaşlarını, kirpiklərini, uzun saçlarını və dırnaqlarını da töküb. Qız xəstəxanada bir ay olduğu müddətdə şiddətli ağrılarına görə ona yalnız morfin verilib.

Sonda sağlamlığına qovuşan Linn, "İndi geriyə dönüb baxdığımda özümlə qürur duyuram , xəstəxanadakı fotolarıma baxdığım zaman cadugərlər bayramındaki bir canavara bənzədiyimi görüncə özümə daha çox diqqət edirəm" deyib.

Gənc qızın başına gələn hadisəyə "Stiven Consonun Sindromu" adı verilib. Çarəsiz bir xəstəlik olan Stiven Consonun sindromuna tutulan insanların ümumiyyətlə 40 faiz yaşama ehtimalı olur.

Tarix
2014.02.22 / 01:14
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla