Yuxarı

İnfarkt belə gəlir: diqqətli olun

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnfarkt belə gəlir: diqqətli olun

Arteriyalarınız daraldığı zaman ürəyə daha az qan gedir ki, bu da ürəyinizin daha sürətlə döyünməsinə gətirib çıxarır.

Axar.az xəbər verir ki, ürəyinizə gedən qan azaldığı zaman ciyərlərin oksigenlə təminatı da azalır. Bu iki orqan bir–birinə bağlıdır. Bədəninizin zəifliyi arteriyaların daralması ilə əlaqədar ola bilər. Bu vəziyyətdə qan dövranı zəifləyir və əzələlərin ehtiyacı olan qan ödənmir. Bu isə bəzən huşunuzun itməsilə nəticələnir.

Qan dövranı zəiflədiyi zaman beyinə daha az qan gedir. Həyati təhlükə yaradan bu vəziyyət baş hərlənməsi, soyuq tərləməyə səbəb olur. Sinənizdə bir daralma, yaxud yüngül bir ağrı hiss etmək də infarkt simptomlarındandır. İnfarkt yaxınlaşdıqca simptomlar artır. Səbəbsiz yerə qrip, yaxud soyuqdəymə kimi simptomları yaşayırsınızsa, bu da infarktın göstəricisi ola bilər.

Qeyd edək ki, bu hallara diqqət etsəniz, vaxtında infarktın qarşısını ala bilərsiniz. İnfarkt bir ay öncədən özünün əlamətlərini göstərir.

Tarix
2016.06.07 / 23:30
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla