Sobadan yeni çıxmış isti lavaş yemək, orucu buz kimi
soyuq su ilə açmaq, bol şirəli şirniyyatlar yemək, İftarı ancaq bir
yeməklə açmaq...
Axşam.az xəbər verir ki, Ramazanda bu cür səhv
qidalanan çoxdur. Orucluq yay mövsümünə təsadüf etdiyindən, aclıq
müddətinin uzun olması və qidaların çox yeyilməsi, orqanizmin adət
etmədiyi rejimə girməsinə səbəb olur. Buna bir də yanlış qidalanma
vərdişləri əlavə olunanda, kökəlməklə yanaşı, metabolizmanın
yavaşıması, qan şəkərində nizamsızlıq, əsəbilik, yorğunluq,
diqqətsizlik, müvazinət itkisi, baş ağrısı, başgicəllənmə,
unutqanlıq, yuxuya meyl, mədə pozğunluğu, şişkinlik və ürəkbulanma
kimi problemlər ortaya çıxır.
Türkiyəli dietoloq Sıla Bilgili Ramazan ayında oruc tutarkən, ən
sıx görülən problemləri sadalamaqla yanaşı, sağlamlığımız üçün
əhəmiyyətli təkliflər verib:
1. İftar zamanı lavaşı isti yeməkdən çəkinin. İsti lavaş mədə
pozğunluğu ilə yanaşı, yemək borusu və ağız boşluğunda yaralar
əmələ gətirə bilir. Lavaşı çox yeməyə cəhd göstərməyin. Əks
təqdirdə qanda şəkərin miqdarını artırır. Bunlarla yanaşı bağırsaq
hərəkətləri də yavaşıyır və qəbizlik yaranır.
2. Aparılan araşdırmalar göstərir ki, sürətlə yeyilən yeməklər
və daima içilən isti çay, yemək borusunda xərçəng xəstəliyi riskini
artırır. Bu səbəblə iftarda isti şorba və ya iftar sonunda isti çay
içməkdən çəkinin. Bunların isti qəbulu mədə pozğunluğuna da səbəb
olur.
3. İftar zamanı susamağı gözləməyin. Yemək zamanı 2-2,5 litri su
içə bilərsiniz. Əks halda dəridə quruma, qəbizlik kimi problemlər,
yorğunluq və istilik hissi kimi problemlərə yol aça bilərsiniz.
Bunlarla yanaşı kifayət qədər maye almağınız balanslı bir qan
təzyiqi üçün də son dərəcə əhəmiyyətlidir. Çay və qəhvənin suyu
əvəz etdiyini düşünməyin. Çay və qəhvə çox qəbul etmək sidik
ifrazını artırır və bədəndə mayenin tez bitməsinə səbəb olur. Çay,
qəhvənin yanında şirniyyat qəbul etmək, kilo almağa səbəb olur.
4. Oruc tutarkən, susuzluqdan boğaz quruyur və iftarda ilk
olaraq soyuq su içmək istəyi yaranır. Soyuq su və ya buzlu içki
içəndə və ya həddindən artıq soyuq yeməklər yeyəndə, bunların təmas
etdiyi hüceyrələrin quruluşu pozulur, mikroblar artmağa başlayır.
Bunun nəticəsində badamcıq vəzi, mədə, sidik yolu və ağciyər kimi
orqanlarda infeksiya inkişaf edir. Sağlamlığınızı riskə atmamaq
üçün orucu soyuq su ilə açmaq əvəzinə, 8-10 dərəcədə olan su ilə
açmaq daha məqsədə uyğundur.
5. Bəzi insanlar yuxudan oynamağa tənbəllik edir. Bu, gün
ərzində halsızlıq, yorğunluq, qan şəkərinin düşməsi, müvazinət
problemi yaradır. İftarı bağlayarkən, sizi uzun müddət tox saxalaya
biləcək - yumurta, pendir, süd kimi zülal tərkibi yüksək olan
qidalara üstünlük verin. Özünüzü daha enerjili, gümrah hiss etmək
və qəbizliyin qarşısını almaq üçün taxıl, çovdar çörək və ya yulaf
kimi kompleks karbonatlı qidaları qəbul edin. Salat və meyvə də
toxluq hissi, həzm sisteminin normal çalışması üçün
əhəmiyyətlidir.
6. İftar sonrası həvəslə qəbul edilən şirniyyatlar uzun müddət
mədə pozğunluğu, mədə yanması, reflyuks və kilo problemi ortaya
çıxarır. Eyni zamanda, qızartma, xəmir yeməkləri, həddən artıq
şəkər və yağ tələb edən qidalar, şokolad, qazlı içkilərdən uzaq
durmağa çalışın.
7. İftarı bağlayarkən, edilən xətalardan biri də, çox duzlu və
yağlı qidalara üstünlük verilməsidir. Artıq duz qəbulu orqanizmdə
susuzluğa səbəb olur.
8. İftarda boş mədə birdən yüklənməməlidir. Bu, iftar sonrası
mədə pozğunluğuna yol açır. Orucu su ilə açıb, ardından quru ərik
və ya xurma yeyin. İftar yeməyinə şorba ilə başlayıb, 15-20 dəqiqə
ara verdikdən sonra əsas yeməklə davam edin. Əsas yemək olaraq, çox
yağlı ağır yeməklər əvəzinə qaynadılmış və ya qızardılmış ət, toyuq
və ya balıq yeməkləri, zeytunyağında bişən tərəvəz yeməklərinə
üstünlük verin. Əks təqdirdə, yüksək qan şəkəri, ürək xəstəlikləri
riski artır.
9. Acqarına idmana başlasanız, orqanizmdə qan şəkəri çox düşür.
Məşq etmək üçün iftar sonrasını gözləmək lazımdır. İftardan saat
yarım sonra yürüş, yavaşıyan metabolizmanı sürətləndirməklə yanaşı,
kökəlməyin qarşısını alacaq.