Yuxarı

Damarları möhkəmləndirən meyvə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Damarları möhkəmləndirən meyvə

Gavalı çox faydalı meyvədir. Gavalı bir çox vitaminlər (A, B qrupu, P), minerallar (kalium, kalsium, ftor, maqnezium, sink, yod, mis, sink), qidalı liflər, orqanik turşularla zəngindir.Gavalı insan sağlamlığına çox müsbət təsir edir.

Saglamolun.az bu meyvənin faydalarını təqdim edir:

- "kumarin" maddələrlə zəngin olan gavalı damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

- gavalı həmçinin P vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Gavalı damarları möhkəmləndirir, qan təzyiqinin tənzimlənməsinə kömək edir.

- qəbizlik zamanı müalicəvi təsir göstərir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir. Qəbizlik zamanı qara gavalı və qara gavalı qurusu müalicəvi məhsul kimi çox geniş istifadə olunur.

- gavalı orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun profilaktikasında istifadə olunur.

- sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır.

- gavalı kaliumla olduqca zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər tez-tez gavalı və gavalı qurusu yeməlidir.

- gavalı maddələr mübadiləsi proseslərinə müsbət təsir edir.

- gavalı ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azalıdır.

- gavalı podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır.

- "antosian" maddələrlə zəngin olan gavalı xərçəng əleyhinə təsirə malikdir.

- immuniteti möhkəmləndirir.

- sinir sistemi üçün faydalıdır.

- qanın tərkibini yaxşılaşdırır.

Tarix
2016.06.14 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla