Yuxarı

İnsana ilk dəfə süni ürək qoyuldu - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsana ilk dəfə süni ürək qoyuldu - Video

İsraildə ilk süni ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Qüdsün Hadassah Ein Kerem xəstəxanasında tarixi əməliyyat baş tutub və 63 yaşlı xəstənin həyatı xilas edilib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, yeddi saat davam edən əməliyyat bu həftə baş kardioloq və Hadassah Ürək İnstitutunun direktoru professor Ofer Əmirin rəhbərlik etdiyi kardiocərrahlar qrupu tərəfindən həyata keçirilib. Prosedur zamanı xəstənin ürəyi tamamilə çıxarılıb və yerinə süni orqan qoyulub.

İmplantasiya edilmiş ürək heyvan toxuması ilə birləşdirilən titandan hazırlanıb və qabaqcıl sensorlarla təchiz edilib. Bu yüksək texnologiyalı cihaz ənənəvi transplantasiyanın qeyri-mümkün olduğu hallarda orqanizmə həyati funksiyalarını saxlamağa imkan verir.

Əməliyyat olduqca nadir tibbi nailiyyət ihesab edilir.

Süni ürəyin qiyməti 1,6 milyon şekeldir (təxminən 455 min dollar), xəstənin xərclərini Clalit Health Services Fondu ödəyib.

Əməliyyatın uğurla başa çatması İsraildə ürək cərrahiyyəsinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir və ağır ürək xəstəlikləri olan xəstələr üçün yeni imkanlar açır.

Tarix
2025.05.30 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla