Qaraciyər orqanizmdəki toksinləri özünə toplayır. Əgər
sağlam olmaq istəyirsinizsə, mütləq qaraciyərinizin yağ və
toksinlərdən təmizlənməsini təmin etməlisinz. Bunun üçün də xüsusi
qidalar var.
Publika.az
qaraciyər təmizləyən bitki və tərəvəzlərin siyahısını təqdim
edir.
Sarımsaq
Sarımsaq qaraciyər fermentlərinin fəallaşmasını təmin edir.
Qaraciyər fermentləri isə bədəndəki toksin maddələrin zərərsiz hala
gətirilməsini və qaraciyərin təmizlənməsini təmin edir.
Qreypfrut
Həm yüksək miqdarda C vitamini ehtiva edən, həm də güclü
antioksidant olan qreypfrut qaraciyərin təbii dezinfeksiya
funksiyasına yardım göstərir. Bir stəkan təzə sıxılmış qreypfrut
şirəsi qaraciyərdə olan kanserogen və ya digər toksin maddələrin
bədəndən atılmasını təmin edir.
Yerkökü və çuğundur
Hər iki tərəvəzdə yüksək miqdarda flavonoidlər ilə beta-karoten
var. Bu iki təbii komponent qaraciyər funksiyalarını
yaxşılaşdırır.
Yaşıl çay
Yaşıl çay qaraciyərin ən yaxşı "dostlarından" biridir. Yaşıl
çayın tərkibindəki katexin adlı komponent güclü antioksidant
anbarıdır. Katexin komponenti həm qaraciyər funksiyalarını
yaxşılaşdırır, həm də bütün bədən sağlamlığı üçün son dərəcə
faydalı bitkidir.
Göyərti
İstər bişmiş, istər suyu sıxılmış halda, istərsə də çiy istehlak
edilən göy-göyərti qaraciyər üçün olduqca təsirlidir. Xlorofil
ehtiva edən göyərtilər xüsusi ilə ispanaq qandakı toksin və kimyəvi
maddələri təmizləyir.
Avokado
Avokadonun tərkibindəki glutatyon adı verilən təbii komponent
qaraciyərin zərərli toksinlərdən təmizlənməsində böyük əhəmiyyətə
malikdir.
Alma
Yüksək miqdarda pektin ehtiva edən alma həm qaraciyərin, həm də
bütün həzm sistemi orqanlarının təmizlənməsini təmin edir. Eləcə də
alma qaraciyərin toksin maddə yükünü azaldır.
Qoz
Yüksək miqdarda omega-3 yağ turşusu ehtiva əhatə edən qoz
qaraciyərdə fəaliyyətinə yaxşı təsir edir.
Kələm
Gül kələmi, kələm və brokkoli qaraciyər üçün xeyirlidir. Bu
bitkilərdə olan faydalı maddələr qaraciyərdə olan kanserogen və
toksin maddələrin uzaqlaşdırılmasını təmin edir və beləliklə də
xərçəng əmələ gəlməsini qarşısını alır.
Sarıkök
Sarıkök iltihabın qarşısını
alan faydalı ədviyyatdır. Həm xərçəngin qarşısını alır, həm də
qaraciyəri qoruyur. Bu ədviyyat qaraciyəri təmizləməklə yanaşı,
maddələr mübadiləsini tənzimləyir.
Limon
C vitamini ilə zəngin olan
limon toksin maddələri orqanizmdən xaric edir. Səhərlər təzə
sıxılmış limon suyu içmək qaraciyər üçün çox xeyirlidir.
Kiona
Kinoa və ya qara buğda kimi
taxıllar un və ya digər tam taxıllarla müqayisədə qaraciyər üçün
daha faydalıdır.