Yuxarı

Sağlam ayağı kəsilən qadın ağır vəziyyətdədir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl iltihablı ayağı da amputasiya edilən Tərlan Məmmədovanın həyati təhlükəsi hələ də qalmaqdadır.

Bu barədə ANS-ə 87 yaşlı qadını əməliyyat edən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski məlumat verib.

Onun sözlərinə görə, yaşlı qadın hələ də reanimasiya şöbəsindədir və vəziyyəti orta ağırdır:

"Səhhəti o qədər də normal deyil. Yaxşı olduğunu deyə bilmərəm. Düzdür, Tərlan Məmmədova əməliyyatdan sonra özünə gəlib, danışa bilir. Ancaq vəziyyəti ilə bağlı onu reanimasiya şöbəsində saxlayırıq".

Qeyd edək ki, şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim-cərrah Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin cərrah 87 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsib.

Tarix
2016.06.28 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla