Yuxarı

Azərbaycanlı peşəkar kaskadyor danışdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı peşəkar kaskadyor danışdı

Azərbaycanda seriallar və komediya janrı sürətlə inkişaf edir. Ən əsası çəkilişlər üçün sponsor tapmaq asan olur.

Bu sözləri Axar.az-a peşəkar kaskadyor Sain Fərhad deyib. Amma o, dramatik janrda çəkilən filmlərin vəziyyətinin ürəkaçan olmadığını qeyd edib:

"Aktyor və rejissorlar günlərlə işləyib qısametrajli filmlər çəksələr də, zəhmətlərinin bəhrəsini görə bilmirlər. Bir neçə qısametrajlı film çəkmişik. Hətta sonuncu çəkdiyimiz filmi beynəlxalq festivala göndərmək fikrindəyik".

"O ki qaldı qazanca, sevərək gördüyümüz işdir. Amma hələ maddi gəlir əldə edə bilməmişik. Sponsor tapılsa, daha güclü və tammetrajlı filmlər çəksək, daha böyük uğurlar əldə edə bilərik".

Xatırladaq ki, Sain Fərhad aktyor, döyüş səhnələrinin xoreoqrafı və kaskadyor, beynəlxalq "Action Martial Arts" sertifikatına malik təlimçi-xoreoqraf, özünümüdafiə və qarışıq döyüş növləri üzrə VIP dərəcəli məşqçidir. Baş qərargahı Almaniyada yerləşən və dünyanın 120 ölkəsində nümayəndəlikləri olan beynəlxalq döyüş sənət növləri assosiasiyasının üzvüdür. Ən müxtəlif döyüş sənəti, o cümlədən, Vado-Rü, Şotokan, Kunq-Fu, Kyokuşinkay, Qodzü-Rü, Ciu-Citsu, Boks, Kapoeyra, Cit-Kun-Do, Vinq-Çun, Taekvando və s. növlərinə yiyələnib. 30 yaşının 19 ilini döyüş sənətləri aləminə həsr edib.

Bir neçə il bundan əvvəl, Sain Fərhadın rəhbərliyi altında Bakıda SAINT Peşəkar Kaskadyor Döyüşçülər Qrupu adlanan ilk döyüşçü-aktyorlar heyəti təşkil olunub. Məqsəd Azərbaycanda döyüş (Action) filmlərinin çəkilişini inkişaf etdirməkdir. Qrupun üzvləri artıq bir neçə filmə və reklam çarxına çəkilib.

Tarix
2016.08.02 / 01:01
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla