Yuxarı

Oskarlı aktyor: "Tramp tam bir dəlidir"

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oskarlı aktyor: "Tramp tam bir dəlidir"

Sarayevo Film Festivalında "Həyatı boyunca uğur" mükafatına layiq görülən Hollivudun məşhur aktyoru Robert De Niro ABŞ prezidentliyinə namizəd olan Donald Trampı özünün 1976-cı ildə canlandırığı şizofren taksi sürücüsünə bənzədib.

Axar.az xəbər verir ki, De Niro festivalın açılış mərasimindən sonra 1976-cı ildə çəkilən "Taksi sürücüsü"nün 40 illiyi ilə əlaqədar ona verilən sualları cavablandırıb. Moderator ondan canlandırdığı obraz haqqında təfərrüatlı məlumat verməsini istəyib, aktyor isə oynadığı "Baykl" rolunu Trampla müqayisə edib:

"Bu mövzuda ilk ağlımdan keçən şəxs Donald Trampdır. Seçim kampaniyası boyu dediyi hər şey dəlicəsinə və absurd fikirlərdir. O, tam bir dəlidir. Donald Tramp kimi insanlar olduqları mövqedə olmamalıdır. Buna görə də Allah bizə kömək olsun! Bilirsiniz ki, filmin sonunda Baykl yenidən taksi sürücülüyünə geri dönür, hətta mükafat da qazanır. Bu da günümüzün vəziyyəti ilə çox əlaqədardır, məncə..."

Qeyd edək ki, "Taksi sürücüsü" filmi 1976-cı ildə çəkilib. Film 4 naminasiya üzrə Oskar mükafatına layiq görülüb. Filmdə baş rolu Robert De Niro canlandırıb. O, bu filmdə şizofren taksi sürücüsü obrazını oynayıb. Film 1994-ci ildə Amerika Birləşmiş Ştatları Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətli" filmlər arasına seçilib və ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilib.

Tarix
2016.08.14 / 01:50
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla