Yuxarı

BP-nin İlham Zəkiyev haqqında bu filmi mükafat aldı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
BP-nin İlham Zəkiyev haqqında bu filmi mükafat aldı

BP-nin İlham Zəkiyev haqqında "Döyüşçü" filmi Kann Qızıl Mükafatına layiq görülüb.

Bu barədə Kult.az-a BP-dən məlumat verilib.

Qaranlıqdan işığa doğru addımlayan nəhəng bir şəxs.

Bu yol onu ən yaxşı kim ola bilərsə, ora aparan yol, bu nəhəng kişi isə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevdir. O, 18 yaşından qaranlıqdadır - Qarabağ müharibəsində bir güllə onun gözlərinin işığını alandan bəri. Amma daxilindəki işığın enerjisi ilə o, əfsanəvi “Döyüşçü”yə çevrilə bilib. BP-nin “Döyüşçü” filmi belə başlanır.

BP London 2012 Oyunlarından başlayaraq, İlham Zəkiyevə sponsorluq edir. O, BP-nin idmançı səfiridir və şirkət də onun haqqında qısa videoçarx hazırlayıb. “Döyüşçü” adlanan bu video Rio 2016 Oyunları ərəfəsində BP-nin Beynəlxalq Paralimpiya Komitəsinə dəstək məqsədilə keçirdiyi “Daxildən Gələn Enerji” kampaniyası üçün hazırlanmış 8 filmdən biridir. Bu vaxtadək “Döyüşçü”yə bütün dünyada 18 milyon insan baxıb və film üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

İki mükafat “Cannes Corporate Media & TV Awards 2016” müsabiqəsində qazanılıb - “Kann 2016 Qızıl Mükafat Qalibi” (Marketinq Kommunikasiyası B2C kateqoriyasında) və “Kann mükafatı” (Xeyriyyə, Qeyri-kommersiya, Korporativ Sosial Məsuliyyət kateqoriyasında).

Üçüncü mükafat isə “EVCOM Clarion Awards 2016” müsabiqəsində əldə edilib. Burada “Döyüşçü” filmi Sosial (ekran) filmlər kateqoriyasında yüksək mükafata layiq görülüb. “EVCOM Clarion Awards” mükafatları korporativ sosial məsuliyyət və davamlı inkişaf, o cümlədən ətraf mühit, müxtəliflik, bərabərlik, icma, xeyriyyə təşəbbüsləri, təhsil, etika, sağlamlıq və rifah sahələrindəki fəaliyyətlərin təltif edildiyi aparıcı tədbir və film mükafatlarıdır.

Bu mükafatlar həm BP-nin, həm də İlham Zəkiyevindir - hər iki qalibi də təbrik edirik!

Tarix
2017.12.26 / 15:12
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla