Yuxarı

Film plagiat çıxdı, prodüser yayımı dayandırdı - Açıqlama

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Film plagiat çıxdı, prodüser yayımı dayandırdı - Açıqlama

Dünən gecə möhtəşəm qala gecəsi keçirilən "Güləhməd" filminin yayımı bu gündən dayandırılıb.

Kult.az xəbər verir ki, bu barədə Xəbərçi.az-a filmin rəsmi və hüquqi mülkiyyət sahibi, "İmperator Lion M" şirkətinin rəhbəri, eyni zamanda filmin baş prodüseri Vüqar Cavadov məlumat verib. Vüqar Cavadov filmin dayandırılmasına səbəb kimi rejissor və ssenarist Mətin Yücelin çəkdiyi uğursuz və keyfiyyətsiz hesab etdiyi filmi səbəb göstərib:

“Bu filmin plagiat olduğunu təəssüf ki, bir az gec anladım. Plagiat film üçün həm rejissor, həm də çəkiliş proseslərinə, aktyor heyətinə şirkətimiz tərəfindən külli miqdarda pul ödənilib. Filmdə səsləndirilən söyüşlər, Azərbaycan xalqına, mentalitetinə yaraşmayan qeyri-etik ifadələr, sadəcə, biabırçılıq idi. Baxmayaraq ki, bu cür qeyri-etik ifadələr və hərəkətlərin filmdən yığışdırılmasına dair dəfələrlə göstəriş vermişdim, lakin sonda rejissor öz bildiyini etdi. Təbii ki, bununla bağlı müvafiq tədbirlər görüləcək. Hər zaman ona deyəndə ki, bu cür söyüşləri yığışdır, bizə yaraşmır, bizdə qəbul olunmur, rejissor o zaman deyirdi ki, bəs mən nə çəkim ki, gülməli olsun, "şu olmaz-bu olmaz" - bəs sizdə nə olar axı?! Dünən gecə filmin yayımını o cür qeyri-etik sözlərə görə dayandırmaq istəyirdim, sadəcə, qala gecəyə gələn şəxslərə hörmətsizlik etmək istəmədim. Mətin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filminin oğurlanmış versiyası) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu. Bir sözlə, hər şeydən bezdik, zərər etsək belə, xalqımıza bu cür filmə baxmağı laiq bilmədik”.

Baş rolda çəkilən "Güləhməd" filminin Güləhmədi aktyor Rəşad Vahidzadə dünən gecədən əsəb keçirdiyini, səhərə kimi bu biabırçılığı həzm edə bilmədiyini açıqlayıb:

“8 ay dırnaq, saç, saqqal uzatdım. Bunları o qeyri-peşəkar rejissor Mətin Yücelə haram edirəm. Səhərə qədər yatmamışam, əsəbdən gözümə qan yığılıb. Şəxsən mən öz ailəmlə gedib o filmə baxsaydım və o cür söyüşlər səslənsəydi, dünyanı dağıdardım. Ona görə Vüqar müəllimə təşəkkür edirəm ki, xanımları, azyaşlıları, kinonun əslində bir mədəniyyət olduğunu bilir, anlayır və bu səbəbdən də "Güləhməd" filminin yayımını dayandırdı”.

Tarix
2018.02.23 / 01:46
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla