Yuxarı

Qadağan olunan “Güləhməd”in rejissorundan – Şok ittiham

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadağan olunan “Güləhməd”in rejissorundan –

Mən film üçün məkan tapmadığınıza görə, baş rol ifaçısını bəyənmədiyimə görə, büdcəniz olmadığına görə, 3 dəfə filmi çəkməkdən imtina etdim.

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri fevralın 21-də premyerası baş tutan və kinoteatrlarda yayımı dayandırılan “Güləhməd” filminin ssenaristi və rejissoru Mətin Yücəl ünvanına yönələn tənqidlərlə bağlı açıqlamasında qeyd edib.

O, məsləyə belə aydınlıq gətirib: “Filmi təyin etdikləri vaxtda məndən alıb, hər şeyinini istədikləri kimi etdirən, səsləndirmədəki qüsurları, texniki xətaları aradan qaldırmadan mənim təsdiqim və qərarım olmadan, filmi özbaşına Nazirliyə göndərən, kinoteatrlarda yayımlanmasına icazə alan, qüsurlara baxmayaraq sanki gözəl iş görmüşlər kimi, qala gecəsi təşkil edib sənət nümayəndələrini dəvət edən, məni və filmdə əziyyəti olanları biabır edənlərə sözüm budur ki, çəkilişlər üçün, sadəcə, mətbəxi olan boş ev tapan, pulsuz, könüllü işləyən insanları ac saxlayan, aktyorların pullarınl verməyən, avadanlıqları maşın baqajında daşıyan prodakşn rəhbəri və yemək sifariş verməyə utanıb, başqalarına zəng etdirən, taksi pullarını məndən istəyən, baş menecerəm deyib, filmdə baş rolu ifa edən, ancaq aktyorluqdan xəbəri olmayan, söyüşlü səhnələri birbaşa özü oynayan kəslərə ayıb olsun.

Mən film üçün məkan tapmadığınıza görə, baş rol ifaçısını bəyənmədiyimə görə, büdcəniz olmadığına görə 3 dəfə filmi çəkməkdən imtina etdim. Siz hər dəfə qapıma gəlib üzr istədiniz və az qala yalvarıb fikrimdən daşındırdınız”.

Mətin Yücəl filmin büdcəsi ilə bağlı səsləndirilən rəqəmin yalan olduğuna, günahların onun boynuna yükləndiyinə də diqqət çəkib:

“Bütün günahları mənim boynuma yıxmaq istəyirsiz. Gülərək oxuduğum xəbərlərdə 80 min büdcəniz olduğunu demisiniz”.

Xatırladaq ki, filmin rəsmi və hüquqi mülkiyyət sahibi "İmperator Lion M" şirkətidir. Şirkətin rəhbəri Vüqar Cavadov həm də baş prodüserdir. Rejissor və ssenarist isə Mətin Yücəldir.

Filmdə qeyri-etik, vulqar ifadələr işlədilib, eyni zamanda onun plagiat olduğu iddiası ortaya çıxıb. “Güləhməd” Türkiyədə çəkilmiş "Gülcamal" filminin oğurlanmış versiyası sayılır.

Tarix
2018.02.24 / 18:39
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla