Yuxarı

Aprel şəhidinə həsr olunmuş film təqdim edildi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aprel şəhidinə həsr olunmuş film təqdim edildi - Foto

Aprelin 2-də Nizami Kino Mərkəzində şəhid Əbdülməcid Axundovun həyatından bəhs edən “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimatı keçirilib.

Kult.az Musavat.com-a istinadən xəbər, Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılara həm də Aprel şəhidlərinə həsr olunmuş fotostend təqdim olunub. Şəhid Əbdülməcid Axundov üçün yaradılan guşədə isə onun şəxsi əşyaları, fotoları, aldığı diplom və medal yer alıb.

Təqdimat mərasimdə millət vəkili Qənirə Paşayeva, şəhid ailələri, sadə vətəndaşlar və media nümayəndələri iştirak ediblər. Öncə vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra filmin ideya müəllifi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək bildirib ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb: " Bu sevinci bizə yaşadan qəhrəman Vətən övladlarından biri də Aprel döyüşlərində şəhid olan manqa komandiri Əbdülməcid Axundovdur. Gənclər üçün əsl qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcidin Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, belə oğullarla bağlı gənc nəslə məlumat vermək lazımdır".

Çıxışların ardından “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli film nümayiş olunub.

Filmin prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallı və başqaları çıxışlarında bu ekran əsəri haqqında öz təəssüratlarını bölüşüblər.

Sonda şəhidin anası Ceyran Axundova da çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbir iştirakçılarına təşəkkürlərini bildirib.

Tarix
2019.04.02 / 22:44
Müəllif
Kult.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla