Yuxarı

“Nizami”də 16+ Azərbaycan filmi – Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nizami”də 16+ Azərbaycan filmi – Video

Dünən Nizami Kino Mərkəzində Ramil Ağasıyevin "Arzuların ardınca" adlı tammetrajlı bədii filminin təqdimatı olub.

Axar.az xəbər verir ki, qala gecəsində çıxış edən rejissor R.Ağasıyev filmlə bağlı təəssüratlarını bölüşərək çox həyəcanlı olduğunu bildirib:

"Çox həyəcanlıyam. Demək olar ki, sizə övladımı təqdim edəcəm. Heyətimiz kiçikdir. Bir ildir ki, film üzərində çalışırıq. Çox çətinliklərlə rastlaşsaq da, filmimizi ərsəyə gətirdik. Bizə, yaradıcı heyətə dəstək olan hər kəsə, eyni zamanda Tahir və Cabir İmanov qardaşlarına təşəkkürümü bildirirəm".

Filmin qala gecəsində yaradıcı və aktyor heyəti ilə KVN-çilər Tahir və Cabir İmanov qardaşları, aparıcılar Amil Hacıyev, Gündüz Ağayev, Sənan Əlləz, müğənni Zamiq, Sevda Yəhyayeva, rejissor Cavid Təvəkkül kimi məşhur simalar da iştirak edib.

Xatırladaq ki, melodram janrında olan "Arzuların ardınca" filminin ssenari müəllifi Mehman Rəsulov, operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktoru Nicat Zeynallıdır.

Yataq səhnələri olduğu üçün film 16 yaşdan yuxarı kateqoriya üçün nəzərdə tutulub. Yataq səhnələrində isə dublyorlar çəkilib. Melodram janrında çəkilən film arzularının ardınca gedən iki xəstə adamdan bəhs edir. Baş rolları Ziya Ağa və Zarina Qurbanova oynayır. Filmdə eyni zamanda Rasim Cəfər, xalq artisti Vaqif Əsədov, bloqçu Aynur Hüseynova da çəkilib. Film bu gündən etibarən Nizami Kino Mərkəzində nümayiş olunmağa başlanacaq.

Bir müddət əvvəl "Arzuların ardınca" adlı filmi əsasında Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə görkəmli bəstəkar Səid Rüstəmovun "Getmə, getmə" mahnısına çəkilən klipi təqdim etmişdi. Mahnının müasir formada aranjimanı Muxtar Abseynova məxsusdur.

Tarix
2015.05.14 / 14:05
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla