Yuxarı

Əliyev və Ordumuzun şanlı qələbəsi... - Möhtəşəm film gəlir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev və Ordumuzun şanlı qələbəsi... - Möhtəşəm film gəlir

Azərbaycan Televiziyası (AzTV) Vətən müharibəsinin başlanmasının ilk ildönümü ilə bağlı sənədli film hazırlayır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a verilən məlumata görə, “Biz Qarabağı unutmadıq” adlı film Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunub.

Filmdə ordumuzun qazandığı parlaq qələbənin təfərrüatı və nəticələrindən bəhs olunacaq, müharibədə iştirak etmiş hərbçilərimizin təəssüratları yer alacaq.

Hazırda filmin çəkilişləri davam edir.

Filmin premyera tarixi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2020-ci sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı “Dəmir yurmuq” adlı əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 gün müddətində azad edildi.

Tarix
2021.09.09 / 14:47
Müəllif
Kult.az
Digər xəbərlər

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla