Yuxarı

Ankarada “Fulya” filminin təqdimatı keçirildi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankarada “Fulya” filminin təqdimatı keçirildi

Ankara şəhərində tanınmış türkiyəli telejurnalist Fulya Öztürkün 44 günlük Vətən müharibəsindəki fəaliyyətindən bəhs edən “Fulya” filminin qala gecəsi keçirilib.

Kult.az xəbər verir ki, qala gecəsində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də filmin baş qəhrəmanı Fulya Öztürk iştirak edib.

Film Vətən müharibəsi ilə bağlı həqiqətlərin media vasitəsilə dünya birliyinə çatdırılmasında Fulya Öztürkün fəaliyyəti əsasında çəkilib.

Müharibə kadrları və çəkilişlər Gəncə, Bərdə, Tərtər, Ağdam və Şuşada aparılıb. Böyük zəfərə aid kadrlar isə Bakı şəhərindəki izdihamlardan götürülüb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, Ordumuzun qəhrəmanlığı, eləcə də işğalçı Ermənistanın mülki əhalimizi hədəf alması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə dünya ictimaiyyətinə çatdırılıb. Bu prosesdə telejurnalist Fulya Öztürkün reportyorluğu ilə “CNN Türk” telekanalının rolu adıçəkilən filmdə əksini tapır.

Tarix
2021.10.10 / 00:33
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla