Yuxarı

"Zəfər yolu" filminin təqdimatı oldu - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zəfər yolu" filminin təqdimatı oldu - Video

Noyabrın 27-də “Davam” Gənclər Hərəkatının Bakı ofisində “Zəfər yolu” sənədli filminin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, “Masal prodakşn”ın istehsal etdiyi ekran əsəri Masallıdan olan şəhidlərin əziz ruhuna ithaf olunub. Filmin premyerasında Milli Məclisin deputatları Razi Nurullayev, Aydın Mirzəzadə, Aydın Hüseynov, Ceyhun Məmmədov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, ziyalılar, kino mütəxəssisləri, şəhid ailələri, qazilər, ictimayət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərov bildirib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var. Ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır. Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

Ekran əsəri haqqında məlumat verən Cəfər Cəfərov qeyd edib ki, filmdə Vətən Müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər Masallı sakinlərinin ümumi Qələbədə oynadığı rol göstərilir.

Sonra “Zəfər yolu” sənədli filmi nümayiş olunub. Nümayişdən sonra çıxış edənlər filmin ərsəyə gəlməsində “Masal prodakşn”a minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Zəfər yolu” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluşçu rejissoru Elsevər Əliyev, montajçısı isə Faiq Mirzədir.

Tarix
2021.11.28 / 22:38
Müəllif
Kult.az
Digər xəbərlər

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla