Yuxarı

Türkiyədə mükafat alan film necə yarandı? - Ssenarist

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə mükafat alan film necə yarandı? - Ssenarist

Türkiyədə keçirilən beynəlxalq film festivalında qalib olan “Titrəmə” filmi mənim “Üşümək meridianı” hekayəm əsasında çəkilib. Əvvəla, qəribə səslənsə də onu deyim ki, bu hekayə mənə mistik-metafizik qatda əyan olub: konkret desəm, bu ideyanı uşaq ikən yuxuda görmüşəm, illər sonra hekayə kimi işləmişəm.

Bu sözləri Kult.az-a 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatı festivalında “Ən yaxşı qısametrajlı film” mükafatına layiq görülən “Titrəmə” filminin ideya müəllifi və ssenari müəlliflərindən olan Aqşin Evrən deyib.

O, filmin əsrəyəgəlmə prosesindən danışıb:

“Klassik romanların təbirincə desək, 2016-cı ilin elə üşüdücü bir qış gecəsində rejissor dostum Amil Amalla şəhərdə gəzərkən müxtəlif ideyalarımızı bir-birimizlə bölüşürdük. Həmin vaxt mən ona bu hekayəmdən bir detalı danışdım, ilk sözü bu oldu: “Əməlli-başlı filmdir, bunu mütləq çəkmək lazımdır!” Bundan sonra həmin hekayənin üzərində müzakirələr apardıq, onu ssenari kimi daha da zənginləşdirdik. Bu işdə bizə rejissor dostumuz Ayşad Səfərəliyev kömək etdi. Uzun müzakirələrdən sonra ssenarini hazır etdik. Bircə qalırdı büdcə tapıb filmi çəkmək. Təəssüf ki, işin bu hissəsi bir qədər çətin oldu. Üstəlik, filmdə hadisələr qarlı havada cərəyan edir deyə, mütləq qışı və qarın yağmasını gözləməli idik. Nəhayət, film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkildi. Filmin rejissoru Amil Amal bu prosesdə çox əziyyət çəkdi: istər çəkiliş zamanı, istərsə də əvvəl və sonra”.

Aqşin Evrən bildirib ki, film müharibə mövzusundadır və bədəninin bir üzvünü itirən əsgərin keçirdiyi daxili təlatümləri özündə əks etdirir:

“Əsgər davamlı olaraq üşüyür, titrəyir, lakin həkimlər bunun səbəbini tapa bilmirlər. Final hissədə sirr pərdəsi qalxır və əsgərin hansı səbəbdən üşüdüyü məlum olur. Filmdə dialoq yoxdur, hər şey vizualdır, kadrlar personajların əvəzinə danışır.

Filmlə bağlı Rusiya və İranın peşəkar kinotənqidçilərindən müsbət fikirlər eşitmişik. İnanırıq və ümid edirik ki, uğurları çox olacaq. Filmdə əziyyəti keçən hər kəsi, başda filmin rejissoru Amil Amalı təbrik edirəm! Amillə başqa ideyalarımız, ssenarilərimiz də var, sağlıq olsun, onları da həyata keçirərik. Şablon səslənsə də deyim ki, 3 min film arasında seçilib qalib olmaq təkcə bizim yox, həm də ölkəmizin uğurudur”.

Qeyd edək ki, “Titrəmə” filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Əsərləri Sahibləri Məslək Birliyi”nin (SETEM) təşkilatçılığı ilə keçirilən festivalda müxtəlif ölkələrdən göndərilmiş 3089 film arasından seçilərək “Ən yaxşı qısametrajlı film” mükafatına layiq görülüb.

Tarix
2021.12.08 / 13:51
Müəllif
Kult.az
Digər xəbərlər

Qazaxıstanla ticarət dövriyyəmiz 547 milyon dollara çatıb

Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi...

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla