Yuxarı

“Nizami”də pulsuz Rusiya filmləri - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nizami”də pulsuz Rusiya filmləri - Foto

Dünən Nizami Kino Mərkəzində Rusiya filmləri həftəsinin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimi giriş sözü ilə açan əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Rusiya kinematoqrafiyasının böyük yol keçdiyini və özünəməxsusluğu ilə fərqləndiyini diqqətə çatdıran kinoşünas rus filmlərinin Azərbaycanda uğurla nümayiş olunacağına əminliyini ifadə edib.

"Kinofest" mərkəzinin baş direktoru Sergey Braqin Rusiya filmləri həftəsinin Bakıda keçirilməsində göstərdiyi köməyə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Daha sonra Rusiyanın xalq artisti Boris Şerbakov və aktyor Denis Şvedov çıxış edərək Azərbaycanın sürətlə inkişaf etdiyini və gündən-günə dəyişdiyini qeyd ediblər. Onlar Bakının dünyanın ən gözəl və qonaqpərvər şəhərlərindən biri olduğunu vurğulayıblar.

Çıxışlardan sonra 70-ci illərin populyar filmlərindən olan "Sakit üfüqlər" filminin remeyk variantı nümayiş olunub.

Qeyd edək ki, Rusiya filmləri həftəsi Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "Kinofest" prodüser mərkəzinin təşkilatçılığı ilə keçirilir. Festivalın proqramına son iki ildə çəkilmiş "Yaşıl kareta", "Batalyon", "Kabus", "Qəzəbli Quzu Dolli tez öldü", "Ələkeçməzlər" və "Əziz ana" filmləri daxil edilib. Seanslara giriş pulsuzdur.

Tarix
2015.10.02 / 16:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla