Yuxarı

Azərbaycan detektivi gecikir - Səbəb

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan detektivi gecikir - Səbəb

Parlament seçkilərinə görə filmin çəkiliş prosesindəki işlər ləngiyib.

Bu sözləri "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov "Xeyirlə şərin rəqsi" filminin təqdimatının gecikməsi ilə bağlı Axar.az-a danışarkən deyib:

"Xeyirlə şərin rəqsi" filminin sentyabr ayında təqdim olunacağı gözlənilirdi. Parlament seçkilərinə görə filmin çəkiliş prosesindəki işlər ləngiyib, son tamamlanma işləri gedir. Haradasa noyabr ayında filmin hazırlığı yekunlaşacaq. İnşallah, ondan sonra premyera vaxtı da müəyyənləşəcək. Təqdimatın dəqiq hansı gün olacağı bilinmir, onu bizə rejissor Yavər Rzayev deyəcək. Çox güman, yekunlaşandan sonra tez bir zamanda premyera da olar".

Qeyd edək ki, xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu" romanının motivləri əsasında ekranlaşdırılan "Xeyirlə şərin rəqsi" filminin təqdimatının sentyabr ayında baş tutacağı deyilirdi.

Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmdə İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər. Filmdə detektiv Dronqo obrazını tanınmış müğənni İlqar Muradov canlandırır.

Tarix
2015.10.03 / 14:53
Müəllif
Nigar An
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla