Yuxarı

Azərbaycandan bəhs edən film "BBC Nyus"da - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan bəhs edən film "BBC Nyus"da - Video

Tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuzun (Bettany Hughes) Azərbaycanın tarixi və mədəni xəzinələri barədə filmi “BBC World News” telekanalında nümayişə başlayıb.

Kult.az xəbər verir ki, Heydər Əliyev Fondu və “BP Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın “SandStone Global” prodakşn şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi çərçivəsində ərsəyə gəlib.

Müəllif əsrarəngiz filmlərindən biri - “Azərbaycan möcüzələri” ekran əsərinin araşdırmaları və çəkilişləri üçün iyun ayında Azərbaycana səfər etmişdi.

Qeyd edək ki, iki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və Şəkinin əfsanəvi və heyranedici tarixi və mədəni irs xəzinələri araşdırılıb və təqdim olunub. “İpək Yolu” filmi Qobustan və Şəki, “Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya həsr olunub.

Filmin “Odlar Yurdu” adlı ikinci hissəsi avqustun 27-28-də “BBC World News” kanalında yayımlanacaq.

Filmin, eyni zamanda, Azərbaycan dilində versiyası hazırlanaraq təqdim ediləcək.

Tarix
2022.08.27 / 21:02
Müəllif
Kult.az
Digər xəbərlər

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla