Yuxarı

Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı"sı oldu

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı"sı oldu

Türkiyənin Bursa şəhərində keçirilən İkinci “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalında müsabiqədə iştirak edən Azərbaycan filmləri də böyük maraqla qarşılanıb.

Kult.az xəbər verir ki, bu barədə festivalın bağlanış mərasimindəkı çıxışlarda bildirilib. Münsiflər heyəti xalq artisti Vaqif Mustafayevi “Türk dünyasının ən yaxşı rejissoru” mükafatı ilə təltif edib. Kinorejissor bu mükafata festivalın yarışmasında iştirak edən “Həyat, deyəsən, gözəldir" filminə görə layiq görülüb.

Xatırladaq ki, festivalda Azərbaycandan “Dalan” (Teymur Şahinoğlu) filmi də liderlik uğrunda mübarizə aparıb. Müsabiqədənkənar isə “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri nümayiş olunub.

Digər nominasiyalar üzrə də mükafatlar qaliblərə verilib.

Mərasimdə elan edilib ki, Üçüncü “Qorqud Ata” film festivalına Azərbaycan ev sahibliyi edəcək. Festivalın simvolu nazir Anar Kərimova təqdim edilib.

Nazir çıxışında bütün iştirakçıları Şuşada keçiriləcək film festivalında görmək istədiyini bildirib.

Rəsmi hissədən sonra xalq artisti Azərin konsert proqramı ilə çıxış edib.

Tarix
2022.11.06 / 00:29
Müəllif
Kult.az
Digər xəbərlər

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla