Yuxarı

Qatilə Avropadan təkliflər yağır – Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatilə Avropadan təkliflər yağır – Video

Dünən Nizami Kino Mərkəzində "Qatil" filminin təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov filmə beynəlxalq arenada böyük maraq olduğunu bildirib:

"Hazırda Türkiyə və Rusiya prodüserləri "Qatil" əsərini yenidən ekranlaşdırmaq üçün bizə müraciət ediblər. Eyni zamanda, görkəmli yazıçımızın digər əsərinin ekranlaşdırılması ilə bağlı bir sıra Avropa kinoşirkətlərindən təkliflər almışıq və bu məsələ yaxın vaxtlarda həllini tapacaq".

Xalq yazıçısı Elçin də ekran əsərinin tamaşaçıların xoşuna gələcəyinə inandığını deyib: "Bu gün film ilk dəfədir geniş ictimaiyyətə təqdim edilir. Filmin Azərbaycan dilində səsləndirilməsi də vacib məsələ idi. "Azərbaycanfilm" kinostudiyası bu işin öhdəsindən bacarıqla gəlib".

Qeyd edək ki, filmin ssenari müəllifi xalq yazıçısı Elçin Əfəndiyev, quruluşçu operatoru Mixail Maqalaşvili, icraçı prodüserləri Azər Quliyev və Katri Zətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları gürcü aktyorları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Tarix
2015.10.23 / 09:27
Müəllif
Nigar An
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla