Yuxarı

ABŞ filmində türklərə ağır ittihamlar

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ filmində türklərə ağır ittihamlar

Osmanlı İmperatorluğunun Otranto səfəri Leonardo da Vinçinin dilindən izah edilərkən türklərə qarşı ağır ittihamlar irəli sürülüb.

Axar.az xəbər verir ki, bu ittihamlar ABŞ-ın "Starz" televiziyasında yayımlanan "Da Vinçinin şeytanları" adlı serialın 3-cü mövsümünün ilk hissəsində səsləndirilib.

Seriala görə, donanmanın başında II Bəyazid yer alıb. Bundan başqa, Osmanlı İmperatorluğunun Napolini mühasirəyə alarkən istifadə etdiyi hərbi vasitələr, toplar və döyüşdə istifadə edilən tanka bənzər silahların Leonardo da Vinçi tərəfindən icad olunması iddia edilib. Serialda Vinçi durbinlə baxdığı topların və tanka oxşar vasitələrin dizaynını özünün verdiyini deyib. Başqa bir səhnədə isə da Vinçi serialda türk olduğu qeyd edilən Əl Rəhim adlı xarakterə belə deyir:

"İcadlarımı oğurladın. Beynimin içini oxudun. Planlarımı türklərə verdin. Məni aldatdın. Məndən istifadə etdin".

Serialda həmçinin Osmanlı İmperatorluğunun əsgərləri "Allahsız kafirlər" kimi təqdim olunub. Əsgərlərin fəth edilən ərazilərdə qadınları zorlayıb öldürdükləri və kişiləri qul kimi istifadə etdikləri iddia edilib.

Serialın əvvəlki seriyalarında da belə bir ittiham səsləndirilib:

"Tanrının insanların başına gətirdiyi çoxlu fəlakətlər var; zəlzələlər, vulkanlar, epidemiyalar və xərçəng. Amma bunlardan ən dəhşətlisi başımıza türkləri və tatarları bəla etməsidir".

Qeyd edək ki, Osmanlı İmperatorluğunun Otranto səfəri 1480-ci ildən başlayaraq 1481-ci ildə başa çatıb.

Tarix
2015.10.27 / 15:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla