Yuxarı

Son illər cəmi 3 cizgi filmi çəkilib

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son illər cəmi 3 cizgi filmi çəkilib

Azərbaycanda son illər orta hesabla 2-3 cizgi filmi çəkilib. Filmlərin əsas istehsalçısı dövlət studiyalarıdır. İki ilə yaxındır ki, kinostudiyalarımızın bəziləri gəncləri bu işə cəlb etmək üçün həvəsləndirici cizgi filmləri çəkir.

Bu sözləri Axar.az-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov deyib. Onun sözlərinə görə, hazırda nazirlik bu sahədə peşəkarların yetişməsi üçün müəyyən kursların keçirilməsini planlaşdırır:

"Təəssüflər olsun ki, cizgi filmlərinin hazırlanmasında kadr çatışmazlığımız var. Nazirlik bu sahədə peşəkarlar yetişdirmək üçün kurs təşkili planı hazırlayır. Ümumi nəzər salanda, cizgi filmləri böyük büdcə tələb edir. Onlara həsr olunan vaxtla bədii filmlərin hazırlanmasına ayrılan vaxt eyni deyil. Bu sahə böyük vaxt və xeyli büdcə tələb edir".

Sektor müdiri bildirdi ki, hazırda nazirliyin göstərişi ilə "Əlifba" adlı yeni cizgi filminin üzərində tamamlanma işləri aparılır.

Qeyd edək ki, dünyada ilk cizgi filmi 1917-ci il 26 oktyabr tarixində çəkilib.

Azərbaycanda cizgi filmlərinin yaranması isə XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir.

Tarix
2015.10.27 / 17:23
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla